Tarix : 2010 Dec 10
Kod 20014

Fransada həyat iflic olub

Ölkənin əksər bölgələrinə qar yağıb
Beynalxalq servsis/Aran agentliyi

Bu gün səhər saatlarından Fransanın əksər bölgələrinə yağan qar həyatı iflic edib. Uçuş zolaqlarının və asfalt örtüyünün qarla örtülməsi səbəbindən "Rossi" hava limanında və yollarda nəqliyyatın hərəkəti bir müddət dayandırılıb. "Orli" hava limanında uçuşlar xeyli ləngiyib.

Paytaxtda bələdiyyə avtobuslarının bir çoxu fəaliyyətini dayandırıb. Əlaqədar qurumlardan hava limanlarında təyyarə reyslərinin 20 faizinin təxirə salınması haqqında təkliflər səsləndirilib.

  • Yazılıb
  • da (də) 2010 Dec 10