Tarix : 2010 Dec 10
Kod 20015

İsrailin siyasəti çox təhlükəlidir

İşğal altında olan Qüds şəhərindəki Avropa Birliyi üzvü ölkələrin diplomatik nümayəndələri işğalçı İsrailin bölgədə tətbiq etdiyi siyasətin çox təhlükəli olduğunu qeyd etdilər
Beynalxalq servsis/Aran agentliyi

Avropa Birliyinə üzv olan ölkələrin diplomatik nümayəndələri Avropa Birliyinin siyasi-təhlükəsizlik komitəsinə göndərdikləri illik hesabatında qeyd olundu ki, "Bu gün bu bölgədə tətbiq olunan siyasət dayandırılmazsa, Şərqi Qüdsün gələcək Fələstin dövlətinin paytaxtı ola biləcəyi ehtimalı aradan qalxacaq”.

Bir nüsxəsi Fransa xəbər agentliyinə göndərilən sözü gedən hesabatda vurğulanır ki, Sionist rejimin hökm sürdüyü İsrailin tətbiq etdiyi siyasət, eyni zamanda, iki dövlət qurulması və Qüds şəhərinin də gələcəkdə paytaxt olaraq seçilməsi proyektinə əsaslanan ədalətli bir sülhün təminatının da əleyhinədir.

İsrailin bölgədə Fələstinlilər əleyhinə tətbiq etdiyi siyasətlərdən biri də işğal altındakı Qüds şəhəri başda olmaqla, Qərbi Şəriyənin yəhudiləşdirilməsinə görə müxtəlif cəhdlərin həyata keçirilməsi və bir tərəfdən də yəhudilərin yaşayış məskənlərinin artırılma siyasətinin davam etdirilməsidir.

İsrailin bu siyasətini Avropa Birliyi tənqid edirmiş kimi görünsə də, bəzi xəbərlər Avropa Birliyi ölkələrinin gizli olaraq İsrailə bu istiqamətdə dəstək verdiklərini göstərir.

  • Yazılıb
  • da (də) 2010 Dec 10