Tarix : 2010 Dec 10
Kod 20024

Bakida Hicabla əlaqədar kütləvi mitinq keçirildi

Mitinq iştirakçıları polis tərəfindən vəhşicəsinə döyülüb, 100 nəfər mitinq iştirakçısı həbs olunub
Azerbaijan servsi/Aran agentliyi

Aran Informacia Markazinin  verdiyi məlumata görə, bu gün Azərbaycan Təhsil Nazirliyinin qarşısında mitinq keçirilib. Təhsil Nazirliyinin orta məktəblərdə hicabla bağlı verdiyi qərara etiraz edən dindarlar, bu qərarın ləğv edilməsini tələb ediblər. Sayları təxminən  mindən çox olan nümayişçilər, hicablı şagirdlərin orta məktəblərə buraxılmaması ilə Misir Mərdanovu tənqid ediblər. Təhsil Nazirliyinin qarşısında keçirilən mitinq zamanı nümayişçilər "Misir Mərdanov kafirdir", "İslamofobiyaya son qoyulsun", "Hicab bizim namusumuz, Təhsil bizim haqqımız" şüarları səsləndirərək, təhsil ocaqlarında hicablı şagirdlərə qarşı olunan qanunsuzluğu pisləyiblər.

Qeyd edək ki, etiraz aksiyası zamanı Təhsil Nazirliyinin qarşısına Nərimanov rayon polis şöbəsini əməkdaşları, Çevik Polis Alayı və mülki geyimdə olan təhlükəsizlik orqanının əməkdaşları cəlb olunmuşdu. Mitinq zamanı nümayişçiləri bir neçə dəfə dağıtmaq istəyən polis qüvvələri, istəyinə nail olmayıb. Polis əməkdaşlarının nümayişçilərə müdaxiləsi zamanı gözyaşardıcı qazdan da istifadə olunub. Sonda Təhsil Naziliyinin binasına daxil olan etirazçıların nümayəndləri, oranı tərk etdikdən sonra, mitinq iştirakçıları da ərazini tərk edib.

Xatırladaq ki, ötən gün Təhsil naziri Misir Mərdanov ANS televiziyasına müsahibəsində bildirmişdir ki,  "Təhsil haqqında qanunda belə bir bənd var. Məktəblilər məktəbə müəyyən olunmuş formada gəlməlidir. Məktəblərə qızlar başıbağlı şəkildə getməməlidirlər". Təhsil nazirinin bu çıxşı isə, ölkə dindarları və ictimaiyyətinin bərk qəzəbinə səbəb olub.

  • Yazılıb
  • da (də) 2010 Dec 10