Xəbər verdiyimiz kimi bu gün Təhsil Nazirliyinin binası önündə 2 mindən çox dindar “Hicaba azadlıq” şüarı ilə mitinq keçirib
Azerbaijan servsi/Aran agentliyi
Mitinq iştirakçıları Misir Mərdanovun orta təhsil məktəblərində qızların hicabla dərsə gəlməsinə qoyduğu qadağaya etiraz ediblər. Polislər aksiya iştirakçılarına qarşı təzyiq istifadə edib və onlarla dindarı həbs edib.
Bununla bağlı İslam-Azeri.az internet qəzeti “Fəzilət” partiyasının sədri Hacı Gündüz Hacıyevdən münasibət öyrənib.
Gündüz Hacıyev deyib: “Bismillahir Rəhmanir Rəhim. Etiraz edənlər haqdırlar. Onlar öz hüquqları uğrunda və Allahın buyurduğu əməli icra etmək üçün Təsil Nazirliyinin və bu işi onlara tapşıranların qeyri qanuni hərəkətlərinə etiraz ediblər. Təbii ki, onlar haqdırlar, düzgündürlər. Və onlara qarşı tətbiq olunan hər hansı bir güc qeyri qanunidir. Təhsil Nazirliyi də xalqın istəyini, tələbini nəzərə almalıdır və bu biyabırçı, Azərbaycan xalqına, dövlətinə ləkə gətirən bir daxili qərarı ləğv etməlidir.”