Azərbaycan Respublikasının tanınmış din alimləri və dini camiəsinin böyük ...
Azerbaijan servsi/Aran agentliyi
“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata görə, Azərbaycan Respublikasının tanınmış din alimləri və dini camiəsinin böyük hissəsini təmsil edən bir qrup ilahiyyatçı, ölkə məktəblərində hicabla bağlı qadağalarla əlaqədar xüsusi toplantı keçirib. Bu haqda “Dəyərlər” məlumat yayıb.
Toplantıda iştirak edən ilahiyyatçılar problemlə bağlı dərin narahatlıqlarını izhar etmiş, məsələnin həlli istiqamətində atılmalı addımlar barədə müzakirələr aparmışlar. Toplantıda məsələnin həlli üçün edilməli işlər barədə davamlı müzakirələr aparmaq qərara alınmışdır.
Qeyd edək ki, bugünlərdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə məktəblərdə tətbiq edilən hicab qadağasını kəskin şəkildə pisləmiş və hicablı təhsilalanlara dəstək nümayiş etdirmişdir. Şeyxülislamın bu arada məsələ ilə bağlı dövlət başçısına müraciət edəcəyi gözlənilir.
“Aran” İA