Ermənistan prezidenti Serj Sərkisyan Rusiyada yenə sərt bəyanatlarla çıxış edib
Azerbaijan servsi/Aran agentliyi
“Aran” İnformasiya Agentliyinin verdiyi məlumata görə, Ermənistan prezidenti Serj Sərkisyan Rusiyada yenə sərt bəyanatlarla çıxış edib.
Rusiyanın “İTAR-TASS” agentliyinin yaydığı məlumata görə, erməni prezidenti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) toplantısındakı çıxışında növbəti dəfə Yerevanın “Dağlıq Qarabağın müstəqilliyini tanıya biləcəyi”ni söyləyib. O, bunları bəyan edib: “Azərbaycan hərbi əməliyyatlara əl atarsa, Dağlıq Qarabağın müstəqilliyini tanımaqdan başqa yolumuz qalmayacaq”.
“Aran” İA