Bakının “Sovetski” məhəlləsi kimi tanınan böyük yaşayış massivinin ingilislərə satıldığı haqda məlumatlar yayılıb
Azerbaijan servsi/Aran agentliyi
“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata görə, Bakının “Sovetski” məhəlləsi kimi tanınan böyük yaşayış massivinin ingilislərə satıldığı haqda məlumatlar yayılıb. Bu haqda “Yeni Müsavat” xəbər yayıb. Xəbərdə bildirilir ki, sözügedən ərazidə Bakıda fəaliyyət göstərən ingilis tikinti şirkəti tərəfindən yeni yaşayış massivi salınacaq, tikinti obyektləri inşa olunacaq. “Yeni Müsavat” yazır: Aldığımız məlumatlara görə, ərazidə aparılacaq tikinti işlərinin 2014-cü ildə başa çatdırılması nəzərdə tutulur. Köhnə Bakı məhəlləsi olan “Sovetski”dən isə əsər-əlamət qalmayacaq.
Qeyd edək ki, bu məhəllələr “İçəri Şəhər”dən sonra şəhərin ən qədim və mərkəzi massivlərindəndir.
“Aran” İA