ötən gün Təhsil nazirliyinin qarşısında keçirilən etiraz aksiyası zamanı 100 nəfərə yaxın dindar həbs edilmişdi
Azerbaijan servsi/Aran agentliyi
Aran agentliyinin məlumatina görə, ötən gün Təhsil nazirliyinin qarşısında keçirilən etiraz aksiyası zamanı 100 nəfərə yaxın dindar həbs edilmişdi.
Araşdırmamız zamanı məlum olub ki, 35 nəfər məhkəməyə göndərilib.
Onlardan bəzilərini cərimə, bəzilərinin isə sutkalıq həbs cəzası gözlədiyi ehtimal edilir.
Hövsan ruhanisi Hacı Əlinin İslam-Azeri.Az internet qəzetinə verdiyi xəbərə görə, 6 nəfərə artıq iş kəsilib. Onlar müxtəlif müddətlərə (3, 6, 7 sutka) azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, azadlıqdan məhrum edilənlərin sayı dəqiq göstərilməyə bilər. Biz məlumatları dəqiqləşdiririk...
son məlumata görə, məhkəməyə göndərilərək sutkalıq həbsə məhkum edilənlərin sayı 11-dir.