Çox təəssüflü haldır ki, bütün xalq və dünya bu məsələyə etiraz etdiyi halda Azərbaycanın bəzi üzdən iraq media vasitələri və ziyalıları hələdə bu məsələnin əleyhinə təbliğat aparırlar
Azerbaijan servsi/Aran agentliyi
Məlum olduğu kimi dünən Təhsil Nazirliyi qarşısında kütləvi etiraz aksiyası baş tutub. Etiraz aksiyasına səbəb bir neçə gün bundan qabaq Təhsil Naziri Misir Mərdanovun hicab qadağası haqqında dediyi sözlər olub. Artıq neçə vaxt dövlətin vətəndaşlarnan bu məsələni hüquqi müstəvidə həll etmək istəməməsi, ictimaiyyətin geniş etirazına səbəb olub. Dünən təhsil nazirliyi qarşısında 1500-ə yaxın insan etiraz aksiyası təşkil etdi. Aksiya iştirakçıları polis tərəfində vəhşicəsinə döyülərək, 100-ə yaxın aksiya iştirakçısı həbs olunub.
Bakıda baş verən möhtəşəm aksiya bütün dünya mediasının manşet xəbərlərində yayımlanıb.
Həmin media vasitələri aşağıdakılardı.
1) Dünya bületeni(Türkiyə mətbuatı)
2) İRNA (İran mətbuatı)
3) GAZETEBOYUT (Rusiya mətbuatı)
4) HABERLİSTESİ (Türkiyə qəzeti)
Çox təəssüflü haldır ki, bütün xalq və dünya bu məsələyə etiraz etdiyi halda Azərbaycanın bəzi üzdən iraq media vasitələri və ziyalıları hələdə bu məsələnin əleyhinə təbliğat aparırlar.