ADP sərbəst toplaşma hüququndan bəhrələnmək istəyən vətəndaşlara qarşı zor tətbiq edilməsini qətiyyətlə pisləyir və həbs olunmuş aksiyaçıların dərhal azadlığa buraxılmasını tələb edir
Azerbaijan servsi/Aran agentliyi
Faktxeber.com-un verdiyi görə, bu gün təhsil nazirliyinin qarşısında bir qrup insanın iştirakı ilə nazir M.Mərdanovun hicabı qadağan edən qərarı ilə əlaqədar razılaşdırılmamış aksiya keçirilib. Aksiyaya dəstək vermək və monitorinq aparmaq məqsədilə orada olmuş ADP sədrinin gənclərlə iş üzrə müavini Cəmil Hacıyev və gənc fəallar Rauf Vəliyev və Daşqın Nuriyevin partiyanın mətbuat xidmətinə verdikləri məlumatda daha sonra bildirilir ki, aksiyada təqribən 2000 nəfərdən çox insan iştirak edib. Aksiya zamanı polisin qanunsuz müdaxiləsi nəticəsində toqquşma yaranıb və polis fəallara qarşı ciddi zor tətbiq edib. Çox sayda aksiya iştirakçısı həbs olunub. Polisin vurduğu zərbədən huşunu itirən aksiya iştirakçısına yardım etmək istəyərkən ADP fəalı Rauf Vəliyev özü də polislərin kəskin zorakılığına məruz qalıb və müxtəlif dərəcəli bədən xəsarətləri ilə Travmatologiya və Ortopediya xəstəxanasına aparılıb. Xəstəxanada ona tibbi yardım göstərilib və evə buraxılıb.
ADP sərbəst toplaşma hüququndan bəhrələnmək istəyən vətəndaşlara qarşı zor tətbiq edilməsini qətiyyətlə pisləyir və həbs olunmuş aksiyaçıların dərhal azadlığa buraxılmasını tələb edir.