Tarix : 2010 Dec 14
Kod 20084

Quantanamoda saxlanılan azərbaycanlı xaricdə siyası sığınacaq alıb

Quantanamo həbsxanasında saxlanılan azərbaycanlı ölkəsinə qayıtmaqdan imtina edib
Azərbaycan servisi/Aran agentliyi

 

“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata görə, Quantanamo həbsxanasında saxlanılan azərbaycanlı ölkəsinə qayıtmaqdan imtina edib.

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin yayım şöbəsinin rəhbəri İlahə Hüseynova APA-nın sorğusuna cavabında bildirib ki, həmin şəxs üçüncü ölkəyə yerləşdirilib və onun vəziyyəti yaxşıdır.

Ölkə KİV-lərinin yazdığına görə, P. Siracov hazırda Slovakiyadadır.

Xatırladaq ki, Quantanamoda olan yeganə azərbaycanlı məhbus P. Siracov Türkiyənin Kayseri şəhərindəki Ərciyəz Universitetində iqtisad fakültəsini bitirib və bir müddət Rusiyada fəaliyyət göstərən türk şirkətində çalışıb. O, 2001-ci ilin əvvəlində evdən çıxıb və geri qayıtmayıb. 2002-ci ilin yanvarında ailəsinə onun “Taliban” üzvləri ilə birlikdə həbs olunaraq Quantanamo həbsxanasına aparıldığı barədə məlumat verilib. Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri Quantanamoda bir neçə dəfə Polad Siracovla görüşüblər.

Qeyd edək ki, ABŞ prezidenti Barak Obama Quantanamo həbsxanasının bağlanması barədə 2009-cu ildə sərəncam imzalayıb. Məlum sərəncamdan sonra həmin həbsxanada cəza çəkən məhkumların böyük əksəriyyəti azadlığa buraxılıb. P. Siracov da əfv olunan məhkumlar sırasındadır.

 

“Aran” İA

  • Yazılıb
  • da (də) 2010 Dec 14