Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Aşura günü qanvermə aksiyalarının həyata keçiriləcəyi məscid və ziyarətgahların adlarını açıqlayıb
Azərbaycan servisi/Aran agentliyi
“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata görə, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Aşura günü qanvermə aksiyalarının həyata keçiriləcəyi məscid və ziyarətgahların adlarını açıqlayıb.
Bu barədə APA-ya QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova məlumat verib.
Aşura günü qanvermə aksiyalarının keçiriləcəyi məscid və ziyarətgahlar bunlardır:
Təzəpir məscidi
Hacı Soltanəli məscidi
Bibiheybət məscidi
İçərişəhər Cümə məscidi
Qaraçuxur məscidi
Mir Mövsüm ağa məscidi
Sumqayıt məscidi
Gəncə İmamzadə məscidi
Mingəçevirdəki Heydər məscidi
Şəki məscidi
Şirvan məscidi
Lənkərandakı Böyükbazar məscidi
Bərdə məscidi
Qeyd edək ki, Məhərrəm ayı dekabrın 7-də başlayıb.
“Aran” İA