Tarix : 2010 Dec 14
Kod 20087

“Radioquraşdırma” zavodunda yanğın baş verib

dekabrın 13-ü saat 10 radələrində Bakının Xətai rayonunda yerləşən “Radioquraşdırma” zavodunda yanğın baş verib. Yanğın nəticəsində bir nəfər ölüb
Azərbaycan servisi/Aran agentliyi

 

“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata görə, dekabrın 13-ü saat 10 radələrində Bakının Xətai rayonunda yerləşən “Radioquraşdırma” zavodunda yanğın baş verib. Yanğın nəticəsində bir nəfər ölüb.

Bu barədə “Azadlıq” Radiosuna Xətai Rayon Polis İdarəsindən məlumat verilib.

Növbətçi polisin dediyinə görə, elə də güclü olmayan yanğın tez də söndürülüb.

“Sexlərdən birində baş verən yanğın zamanı tüstüdən bir nəfər ölüb. Yanğın elə də güclü olmayıb”.

Yanğının nədən baş verdiyi və ölənin kimliyi barədə hələ ki məlumat açıqlanmır. Zavodun isə hərbi sənayeyə bağlı olduğu bildirilir.

 

“Aran” İA

  • Yazılıb
  • da (də) 2010 Dec 14