''Yeni Müsavat'' qəzetinin xanım əməkdaşları hicaba qadağaya etiraz etdilər, etiraz əlaməti olaraq xanımlar bir günlük işə başörtüsü ilə gəldilər
Azərbaycan servisi/Aran agentliyi
“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata görə, dünən “Yeni Müsavat” qəzetinin xanım əməkdaşları Təhsil Nazirliyinin orta məktəblərdə hicaba qarşı qoyduğu qadağaya etiraz əlaməti olaraq aksiya keçiriblər. Bu haqda “Yeni Müsavat” məlumat yayıb. Qəzetin mnəlumatında bunlar qeyd edilir:
“Bir neçə qadın müxbirimiz texniki işçilərlə birlikdə səhər tezdən işə gələrkən birlikdə hicab taxıblar. Xanımlar bir gün işə hicabla gəlməklə orta məktəbə hicabla buraxılmayan şagird və valideynlərin hüquqlarının pozulmasına qarşı çıxır və onların haqlarının tezliklə bərpa olunmasını istəyirlər. Aksiya iş vaxtı bitənədək davam edəcək.
Xatırladaq ki, son günlər Azərbaycanın bir sıra məktəblərində hicabla dərsə gələn şagirdlər geri qaytarılır və onlara bildirilir ki, xüsusi qaydada müəyyən olunmuş məktəbli formasında dərsə gəlməlidirlər. Bir sıra dindarlar isə bunun hüquq pozuntusu olduğunu bildirir. Hətta bu günlərdə 1000-ə yaxın dindar bununla bağlı Təhsil Nazirliyinin binası qarşısında etiraz aksiyası keçirib.”
“Aran” İA