Əksər müsəlmanlar bu günü İmam Huseyn (ə)-ın qardaşı Həzrət Əbəlfəzl Abbasa həsr edirlər
Azərbaycan servisi/Aran agentliyi
Bu gün İslam təqvimində matəm saxlanılan günlərdən biridir.
İslam dünyasında bu gün "Tasua" günü kimi qeyd edilir.
Əksər müsəlmanlar bu günü İmam Huseyn (ə)-ın qardaşı Həzrət Əbəlfəzl Abbasa həsr edirlər.
İslam-Azeri.az İnternet qəzetinə verilən məlumata görə, hər il olduğu kimi, Gəncə şəhərində bu gün də "Tasua" yürüşü keçirilib.
Aksiyada minlərlə gəncəli müsəlman iştirak edib.
Həmçinin mənbəmizin verdiyi məlumata görə, ölkənin ikinci böyük şəhəri olan Gəncədə ölkədəki "hicab qadağası"na etirazlar artmaqdadır.