Tarix : 2010 Dec 17
Kod 20114

Azərbaycanda Aşura mərasimləri keçirildi

İnsanlar İmam Hüseynin (ə) xatirəsini hüzn və kədərlə əziz tutub, məscid və hüseyniyyələrə, küçə və meydanlara axışaraq, süfrələr açıb ehsan verir...
Azerbaijan servsi/Aran agentliyi

“Aran” İnformasiya Agentliyinin verdiyi məlumata görə, bu gün Bakıda və Azərbaycanın bütün yaşayış məntəqələrində böyük izdihamla Aşura günü qeyd olundu. İnsanlar İmam Hüseynin (ə) xatirəsini hüzn və kədərlə əziz tutub, məscid və hüseyniyyələrə, küçə və meydanlara axışaraq, süfrələr açıb ehsan verir, nəzir-sədəqələr paylayır, mərsiyə və rozə məclisləri təşkil edirdilər.

Qafqaz Müsəlmanları İdarəsinin çağırışı ilə qan vermək istəyənlər məscid yaxınlığında qurulan qanalma məntəqəsində növbə gözləyirdilər.

Ayrı-ayrı dəstələr Şəhidlər xiyabanını və məzarlıqları ziyarət edib, şəhidlərin ruhuna dualar oxuyublar.

Qeyd edək ki, Aşura günü Azərbaycan Respublikasında rəsmi olaraq iş günü olsa da, əhalinin əksər hissəsi – dükan və bazarlarda, idarə və müəssisələrdə işlərini dayandırır, bu günü praktik olaraq qeyri-iş günü kimi keçirirlər.

 

“Aran” İA

  • Yazılıb
  • da (də) 2010 Dec 17