İmam Hüseyn əelyhissəlam Peyğəmbər ümmətinin islahı üçün bu mübarizəyə başladı. Bu sözdən belə anlaşılır ki...
Azerbaijan servsi/Aran agentliyi
Bu gün "Məşhədi Dadaş" məscidinin Cümə namazının xətibliyini Hacı Şahin Həsənli icra edib.
İslam-Azeri.Az Internet qəzetinin xüsusi müxbirinin verdiyi məlumata görə, o, özünü və namaz iştirakçılarını əvvəlcə ilahi təqvaya riayət etməyə dəvət edib.
Daha sonra Hacı Şahin İmam Hüseynin Aşura qiyamına işarə edərək deyib: “İmam Hüseyn əelyhissəlam Peyğəmbər ümmətinin islahı üçün bu mübarizəyə başladı. Bu sözdən belə anlaşılır ki, Peyğəmbər ümməti azmışdı ki, İmam Hüseyn insanların islahı üçün mübarizəyə qalxmışdı. Belə sual doğur ki, Peyğəmbər necə iş gördü ki, vəfatından 50 il sonra ümmət bir həddə çatdı ki, Peyğəmbərin balasını doğradı? Bu, nəuzu billah, əstəğfirullah bu mənadadı ki, Peyğəmbər işini düz görməmişdi?! Təbii ki, belə deyil. Peyğəmbərin işini düz yerinə yetirmıəməsindən söhbət belə getməz. Quranda Maidə surəsində Allah deyir: “Peyğəmbər sən nübuvvət missiyasını əla yerinə yetirdin”.
“Peyğəmbər işini kamil şəkildə yerinə yetirmişdi. Amma nəticə hasil olmadı. Bunu dərk etmək üçün ilk növbədə İslamı düzgün anlayaq.Peyğəmbər təbliğatını tam azad şəkildə aparırıdı. “Dində məcburiyyət yoxdur”. İmam Hüseyn əleyhissəlam elə addım ata bilərdiki Aşura hadisələri olmazdı. Necə ki, indi bütün siyasətçilər edirlər. Bütün özləri üçün təhlükəli insanları aradan qadlırırlar. Bunu Peyğəmbər etmədi. 100 dənə bəhanə var idi bunu etməyə. Hərəsini bir bəhanə ilə aradan apara bilərdi ki, məndən sonra Əlinin işi rahat olsun, Əhli-Beytin işi rahat getsin. Peyğəmbər bu işi ona görə görmədi ki, dində azad seçim var. Peyğəmbərlərin əxlaqı Allahın əxlaqıdır” deyən İmam Cümə sözlərini belə davam edib: “Quran buyurur ki, bir xalq öz talehini dəyişməsə Allah onların taleyini dəyişməz”. Peyğəmbər xalqa şəxsiyyət verirdi. İnsan cinayət tördətməmiş ona cəza vermək olmaz. Cəmiyyəti islah etmək ən çətin işdir. Bəzilərini görə bilərik ki, 1 ay , 1 il içində özünü arif kimi aparır. Amma cəmiyyətdə insanların islahı üçün heç bir mənfəəti toxunmaz. Peyğəmbər Məkkəni fəth edir, özünə və ailəsinə olmazın zülmlər ediblər Məkkədəkilər. Indi onlar qorxurlar ki görəsən nə olacaq? Peyğəmbər bizə nə edəcək? İntiqam alacaq?Peyğəmbər fəthdən sonra deyirki mən yusifin qardaşlarına etdiyi müraciət kimi sizə edəcəm. Bu gün sizi heç kim qınamır. Siz hamınız azadsınız. Əbu Sufyan onda gəlir müsəlman olur ki, daha özünü bu qüdrətin qarşısında aciz görür”.
Kərbəla hadisəsində kufəlilərin İmam Hüseyni tək qoymasının səbəbinə də işarə edən Hacı Şahin deyib: “Biz həmişə soruşuruq ki, küfəlilər niyə İmam Hüseynlə mübarizə apardı. Cavab olaraq isə onların dünyapərəst olmaqları göstərilir. Düzdür. Amma onlar fikirləşdilər ki, İmam Hüseyn qalib gəlsə bu mübarizədə, onarla ədalətlə rəfat edəcək. Oturub hesabladılar, fikirləşdilər ki, mübarizədə yezid qələbə çalsa və biz İmam Hüseyn tərəfdə olsaq, onda vay halımıza. Birimizi də sağ qoymayacaq. Amma birdə Hüseyn qələbə çalsa, bizdə Yezidin tərəfində olsaq, bağışlayacaq bizi. Namərd insan olduqları üçün İmam Hüseyni öldürdülər. Ən böyük namərdlik insanın ağalığından, böyüklüyündən istifadə etməkdir”.
Hacı Şahin Həsənli xütbəsi boyunca Kərbəla vaqiəsinə toxunmuşdur.