Tarix : 2010 Dec 17
Kod 20122

Hər gün Aşura hər er Kərbəla

Hər il Muharrem ayının 10-u Aşura mərasimi dünyanın bütün ölkələrində müsəlmanlar tərəfindən geniş formada qeyd edilir
Azerbaijan servsi/Aran agentliyi

Hər il olduğu kimi bu ildə əhalisinin 95%-i müsəlman olan Azərbaycanda Aşura mərasimi çox möhtəşəm formada qeyd olundu. Paytaxt Bakıda və regionlarda yerləşən məscidlərə axışan ölkə vətəndaşları çox geniş formada əza məclisləri təşkil ediblər. Məscidlərdə roizələr,mərsiyyələr oxunub. İmam Huseyn(ə)-ın şəhadəti və inqilabının mahiyyəti haqqında moizələr olunub.  Bundan əlavə əzadarlıq mərasimlərində ölkədə son dövrlərdə İslama qarşı baş qaldırmış İslamafobiya pislənərək, Təhsil Nazirliyi tərəfindən tətbiq olunmuş hicab qadağası kəskin şəkildə etirazlar bildirilib.  
Onuda qeyd edək ki, Aşura mərasimləri Avropa və Amerikanın müxtəlif şəhərlərində qeyd olunub. O,cümlədən bu mərasimlər əsasən Londonda, Stokhlomda, Nyu Yorkda, Paris də və.s kimi Avropanın ən nüfuzlu şəhərlərində izdihamlı şəkildə keçirilib.

  • Yazılıb
  • da (də) 2010 Dec 17