Tarix : 2010 Dec 17
Kod 20125

Hacı Araz Əliyev: “Mingəçevirdə namaz qılan gənclərlə yanaşı, minlərlə namaz qılmayan gənclər də ...

Əhli-Beyt (ə) vətəni Azərbaycanda Aşura mərasimi bütün nuraniyyətilə keçirilmişdir
Azerbaijan servsi/Aran agentliyi

Əhli-Beyt (ə) vətəni Azərbaycanda Aşura mərasimi bütün nuraniyyətilə keçirilmişdir. Ölkənin paytaxtı ilə yanaşı, bölgə məscidlərində, hüseyniyyələrində, təkiyyələr və evlərdə Kərbəla şəhidlərinin əzası saxlanılmışdır. Mingəçevirdə keçirilmiş əza məclisləri haqqında şəhərin Heydər məscidinin axundu Kərbəlayi Ələmdar Qiyasov Deyerler.org-a demişdir: “Mingəçevirdə hələ Aşuradan öncə məscidlərə insan axını başlamışdı. Aşura mərasiminin özündə də minlərlə insan toplanmışdı. Namaz qılan gənclərlə yanaşı, minlərlə namaz qılmayan gənclər də məclislərə qoşulmuşdu. Bu mərasimdə bütün şəhər əhalisi yekdilliklə iştirak etdi. “Şamu-qəriban” da eyni ruhiyyə ilə keçirildi. Demək olar ki, bu mərasimə rayonlar arasında ən çox insan Mingəçevirdə toplaşmışdı”.

  • Yazılıb
  • da (də) 2010 Dec 17