Tarix : 2010 Dec 18
Kod 20141

Gürcü müğənnisi Suli, İslam dinini qəbul edib

Yeddi ildir Bakıda yaşayan və işləyən gürcü-osetin müğənnisi islam dinini qəbul etmək üçün bu gün Təzə Pir məscidinə gedib
Gürcüstan servsi/Aran agentliyi

Yeddi ildir Bakıda yaşayan və işləyən gürcü-osetin müğənnisi islam dinini qəbul etmək üçün bu gün Təzə Pir məscidinə gedib. Məcsidin din xadimi hacı İrşad Suliyə müsəlman qadının vəzifəsini və islam dinin əsaslarını izah edib, ondan pravoslav dinindən müsəlmanlığa məcburiyyətlə yoxsa könüllü keçdiyi haqqında soruşub, çünki islam dinində məcburiyyət yoxdur. O, Suli ilə xoş keçən söhbətdən sonra müğənniyə islam, namazın qılınma qaydaları və islamı qəbul etmək üçün vacib olan şərtlərdən bəhs edən kitab hədiyyə edib, çünki islamı qəbul etmək üçün evdə tam paklanmaq və müvafiq dualar etmək lazımdır."Mən islamı qəbul edirəm! Mən buna doğru uzun müddət getmişəm, müvafiq ədəbiyyat oxumuşam və öz daxili aləməmi buna hazırlamışam. Etiraf edim ki, çox çətin olub. Mən hələ keçən həftə islamı qəbul etmək istəyirdim, lakin sağlamlığla bağlı güclü problemlər buna mane oldu. Bu, öhdəsindən gələ bildiyim ciddi sınaq olub. Və budur çoxdan gözlədiyin məqam gəlib çatdı. Səmimi sözümdür, mən hələ ki namaz qılmağa və hicab bağlamağa hazır deyiləm, hər şey tədricən olmalıdır, lakin gec-tez bunu da edəcəm. Xahiş edirəm, hamı məni düzgün başa düşsün, mənə indi dəstək lazımdır. Bəziləri mənim seçimimə qarşı çıxıblar, mane olmağa səy göstəriblər, hətta hesab edirdilər ki, bu hansısa piardır. Necə belə fikirləşmək olar? Dindən necə reklam kimi istifadə etmək olar? Bu ki, hörmətsizlikdir. Əsas odur ki, qəlbim islamı qəbul edib və həyatımın sonuna kimi heç bir çətinliklərə baxmayaraq, Rəhimli Allaha sadiq qalmaq istəyirəm" .

  • Yazılıb
  • da (də) 2010 Dec 18