Tarix : 2010 Dec 18
Kod 20142

Ayətullah Xamenei: ''Düşmən Aşura qiyamının müsəlmanlara verdiyi dərsdən və islamı həmrəylikdən q...

İran İslam İnqilabının Rəhbəri Ayətullahil Üzma Xamenei, Çabaharda törədilmiş terror aktı ilə bağlı İran xalqına müraciət edib
IIR servsi/Aran agentliyi

"AzadXeber.Az"- saytının İran mətbuatına istinadən verdiyi xəbərə görə, Ali Dini Lider, İran İslam İnqilabının Rəhbəri Ayətullahil Üzma Xamenei, Çabaharda törədilmiş terror aktı ilə bağlı İran xalqına müraciət edib.

Ali Dini Liderin nümayəndəsi Ayətullah Qumi cümə günü (17 dekabr) İranın cənub-şərqi Çabahar şəhərində çərşənbə günü Məhərrəm ayının 9-da bu şəhərdə törədilmiş terror aktında şəhid olanların son mənzilə yola salınma mərasimində Böyük İnqilab Rəhbərinin müraciətini oxuyublar.

Müraciətdə deyilir: Müsəlmanlar arasındakı birlik və islam aləminin qüdrəti onları qəzəbləndirir. Onlar Aşura qiyamının müsəlmanlara verdiyi dərsdən və islamı həmrəylikdən qorxurlar. Əgər Kərbəlada İmam Hüseyn (ə) şəhid olmuşdursa, indi iki aylıq körpə ilə ana, qadın-kişi və uşaq qanlarına qəltan edilib.

Müraciətin davamında deyilir: Düşmənlər İranda uranın zənginləşdirilmə fəaliyyətini qəbul edə bilmir. İslam və onun düşmənlərinin problemi isə bundan ibarətdir.

Xatırladaq ki, dekabr ayının 15- i, çərşənbə günü, Məhərrəm ayının 9-u Sistan və Bluçestan ostanının Çabahar şərəhində törədilmiş terror aktında 39 nəfər şəhid olub, 55 nəfər yaralanmışdır.

  • Yazılıb
  • da (də) 2010 Dec 18