aksiyada iştirak edən, rayonun tanınmış ruhaniləri,bir sıra möminlər və valideynlər polis tərəfindən rayon polis şöbələrinə aparılıb
Azerbaijan servsi/Aran agentliyi
Xəbər verdiyimiz kimi Cəlilabadda hicabla bağlı qadağaya etiraz əlaməti olaraq aksiya keçirilib.
Cəlilabaddan verilən məlumata görə, aksiyada iştirak edən, rayonun tanınmış ruhaniləri,bir sıra möminlər və valideynlər polis tərəfindən rayon polis şöbələrinə aparılıb.
Son məlumatlara görə saxlanılanların əksəriyyəti azad edilib, lakin həbs edilənlərin bəzilərinin hələ də polis idarəsində saxlanılması da istisna edilmir.
Qeyd edək ki, Cəlilabadda keçirilən Aşura məclisində "hicaba azadlıq" şüarları səsləndirilmiş, həmçinin aksiya zamanı təhsil naziri Misir Mərdanovun şəkili yandırılmışdı.