Tarix : 2010 Dec 19
Kod 20165

LƏNKƏRANDA ETİRAZ AKSİYASI GÖZLƏNİLİR

Təhsil Nazirliyinin qərarına etiraz edən rayon sakinləri aksiya keçirəcəklər
Azərbaycan servisi/Aran agentliyi

Təhsil Nazirliyinin hicablı qızların dərsə buraxılmaması ilə bağlı verdiyi qərar ölkənin hər yerində etirazla qarşılanmağa başlayıb. Bakıda nazirliyin qarşısında keçirilən aksiyadan sonra Masallı, Nardaran və Cəlilabadda da etiraz səsləri eşidilir. Aldığımız məlumata görə, yaxın 1-2 gün ərzində Lənkəranda da aksiya keçiriləcək. Bu barədə rayonun aparıcı dindarları Aşura günü qərar veriblər.
Hələlik etiraz aksiyasının keçiriləcəyi tarix və yerin dəqiqləşmədiyi bildirilir. 

  • Yazılıb
  • da (də) 2010 Dec 19