Türkiyədə fəaliyyət göstərən bir neçə insan haqları təşkilatları Azərbaycandakı hicab qadağalarına etiraz edirlər
Türkiyə servisi/Aran agentliyi
Türkiyədə fəaliyyət göstərən bir neçə insan haqları təşkilatları Azərbaycandakı hicab qadağalarına etiraz edirlər.
İslam-Azeri.Az İnternet qəzetinin Türkiyə müxbirinin verdiyi məlumata görə, MAZLUMDER artıq bu qadağaya qarşı bəyanat yayıb.
Bəyanatda deyilir ki, Azərbaycanın orta məktəblərində hicaba qoyulan qadağa hər bir müsəlmanı Türkiyədə narahat etmişdir.
Həmçinin Misir Mərdanovun "məndə müsəlmanam" açıqlamalarına da işarə edilən bəyanatda deyilir: "Əgər Azərbaycanın Təhsil naziri Misir Mərdanov müsəlman olduğunu iddia edirsə, biz ona müraciət edirik ki, müsəlman olan şəxs Quranın buyurduğu hicaba qoyulmuş qadağanı ləğv edər və müsəlmançılığını sübut edər".