Tarix : 2010 Dec 19
Kod 20169

Azərbaycan vətəndaşı Moskva məhbəsində özünü asdı

Azərbaycan vətəndaşı olan bir məhbus Moskvada intihar edib. O, dekabrın 16-dan 17-nə keçən gecə Rusiya hüquq mühafizə orqanları tərəfindən saxlanılıb
Azərbaycan servisi/Aran agentliyi

“Aran” İnformasiya Agentliyinin verdiyi məlumata görə, Azərbaycan vətəndaşı olan bir məhbus Moskvada intihar edib. O, dekabrın 16-dan 17-nə keçən gecə Rusiya hüquq mühafizə orqanları tərəfindən saxlanılıb.

Rusiya KİV-lərinin məlumatına görə, dekabrın 17-də saat 17:00 radələrində Moskvanın Cənub-Şərq Dairəsi üzrə Daxili İşlər İdarəsinin istintaq təcridxanasında 37 yaşlı Azərbaycan vətəndaşı özünü asıb. Bildirilir ki, məhbus alt paltarını çıxarıb və pəncərənin dəmir çubuqlarına bağlayaraq, özünü asıb.

Azərbaycan vətəndaşı dekabrın 16-dan 17-nə keçən gecə narkotik vasitə ticarətinə görə saxlanılıb. İlkin ehtimala görə, o, istintaqın həbsi ilə nəticələnəcəyindən xəbər tutduqdan sonra özünü asmağa qərar verib.

Hazırda milis işçilərinin səhlənkarlığa yol verib-vermədiklərini aydınlaşdırmaq üçün araşdırma aparılır.

 

“Aran” İA 

  • Yazılıb
  • da (də) 2010 Dec 19