Tarix : 2010 Dec 22
Kod 20204

Rəbiyyət Aslanova: “Dinin canlanması qədər qorxulu məqam yoxdur”

Milli Məclisin iclası zamanı deputat, parlamentin İnsan Hüquqları Komitəsinin sədri Rəbiyyət Aslanova dinin canlanmasından qorxulu bir məqamın olmadığını ...
Azərbaycan servisi/Aran agentliyi

“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata görə, Milli Məclisin iclası zamanı deputat, parlamentin İnsan Hüquqları Komitəsinin sədri Rəbiyyət Aslanova dinin canlanmasından qorxulu bir məqamın olmadığını vurğulayaraq, bu sahəyə cavabdeh qurumların məsələyə ciddi yanaşmasını tövsiyə edib.

Rəbiyyət Aslanova bildirib ki, ötən il müvafiq qanunun qəbulundan sonra bir ildə 300-dən çox dini icma qeydiyyatdan keçib, bir qrup icmanın isə qeydiyyatından imtina olunub: “Əgər milli maraqlara uyğun gəlməyən dini icmalar varsa, onların qeydiyyata alınmasından imtina olunmalıdır. Bundan qorxmaq lazım deyil. Analoji addımı Fransa da atır, digər ölkələr də. Bu gün Azərbaycanda müəyyən mənada ciddi canlanma baş verirsə, bunun səbəbləri ilə maraqlanmaq lazımdır. Eynilə bu, hicabla da bağlıdır. Dinin canlanması qədər qorxulu məqam yoxdur. Bu sahəyə cavabdeh olan qurumlar məsələyə ciddi yanaşmalıdır”.

Qeyd edək ki, Oqtay Əsədov da hicab probleminə toxunub: “Azərbaycanda hicab ləğv olunmayıb. Ölkədə məktəbli forması tətbiq olunur. Bu məsələ ziyalılar tərəfindən izah olunmalıdır. Hicabla küçəyə çıxana, ya da işə gedənə qadağa qoyan yoxdur”.  

  • Yazılıb
  • da (də) 2010 Dec 22