Tarix : 2010 Dec 22
Kod 20206

''Aksiya iştirakçılarını şərləmək əxlaqsızlıqdır''

Bununla bağlı İslam-Azeri.az İnternet qəzeti “Fəzilət” partiyasının sədri Hacı Gündüz Hacıyevdən münasibət öyrənib
Azərbaycan servisi/Aran agentliyi

Bəzi dövlət məmurları açıq-aşkar dindarların heysiyyatı ilə oynamaq qərarına gəliblər.

Bəziləri televiziya, bəziləri isə yazılı mətbuatda öz fikirlərini açıqlayarkən təhqir və böhtanlara əl atılrlar.

Bununla bağlı İslam-Azeri.az İnternet qəzeti “Fəzilət” partiyasının sədri Hacı Gündüz Hacıyevdən münasibət öyrənib.

O, son zamanlar ictimai fikiri çaşdırmaq istəyənlərin bu addımının təsirsiz olduğunu önə çəkərək deyib: “Hicabla bağlı Azərbaycanda yaranmış vəziyyət çox acınacaqlıdır. Bu problem istər hicabla şəxsiyyət vəsiqəsinə şəkilin çəkdirilməsi, istərsə də son zamanlar orta məktəblərdə hicab qadağası qoyulması ilə bağlıdır. Anti-hicab addımları pərdələmək fayda verməyəcək”.

İnsanların istəklərinə uyğun qərarların qəbul edilməsini vacib sayan “Fəzilət” partiyasının sədri sözlərini belə davam edib: “Son zamanlar Ali Məktəblərdə də bu qadağanın həyata keçirilməsini istəmək cəmiyyətdə bəzilərinin çox acınacaqlı vəziyyətdə olduğunu göstərir. Bütün bu qanunsuzluqları gizləməkdən ötrü indi onlar müxtəlif addımlar atırlar. Onlar istər fikirini açıq-aşkar söyləyənləri, istərsə də konstitusiyadakı haqlarından istifadə edərək aksiya keçirənləri hədəfə alırlar. Bu addımlar məntiqsizdir. Əgər onlar məntiqli olsaydılar, münasibət bildirəndə bu cür açıqlamalar verməzdilər. Onlar əsassız olaraq insanların hüquqlarını tapdaladıqlarına görə üzr istəmək əvəzinə, aksiya iştirakçılarını şərləyir, onları üstü örtülü olaraq təhqir edirlər. Bu onların mədəniyyətlərinin göstəricisidir. Bu əxlaqsızlıqdır”.

 

 

İslam-Azeri.az 

 
  • Yazılıb
  • da (də) 2010 Dec 22