Tarix : 2010 Dec 22
Kod 20208

Sionistlərdən təhsil nazirinə dəstək

Azərbaycanda təhsil müəssisələrində hicablı qızların dərslərə gəlməsinə qoyulan qadağa sionistlər tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb
Azərbaycan servisi/Aran agentliyi

Azərbaycanda təhsil müəssisələrində hicablı qızların dərslərə gəlməsinə qoyulan qadağa sionistlər tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb.

İslam-Azeri.az İnternet qəzetinin sionist KİV-inə istinadən verdiyi xəbərə görə, Azərbaycandakı son hadisələr İsraildə diqqətlə izlənilir.

Yəhudi Xəbərlər Agentliyi birmənalı şəkildə Misir Mərdanov və onu dəstəkləyənlərin fəaliyyətini bəyəndiyini yazır. Müsəlmanların Quranın buyruqlarına əməl etmək istəkləri isə "İslam radikalizmi" kimi qələmə verilir.

Agentliyin yaydığı xəbərdə müsəlmanların haqqlarının müdafiəsinə qalxmaqları Azərbaycanın tolerant cəmiyyətini parçalamaq cəhdi kimi dəyərləndirilir.

Beləliklə, Azərbaycanın təhsil müəssisələrində hicaba qoyulan qadağanın kimə mənfəət verməsi haqqında suallar dolayısı ilə cavablandırılır. Əgər Misir Mərdanovun sionistlər kimi tərəfdarları varsa, artıq şərhə ehtiyac yoxdur.

 

 

 

İslam-Azeri.az 

 
  • Yazılıb
  • da (də) 2010 Dec 22