Tarix : 2010 Dec 22
Kod 20225

MİSİR MƏRDANOVUN MƏKTƏBİNDƏ DAHA BİR ÖZBAŞINALIQ

Yarımçılpaq qızlar ilan oynadacaq
Azərbaycan servisi/Aran agentliyi

Artıq bir neçə gündür ölkə mətbuatında Misir Mərdanov rəhbərliyi altında fəaliyyət göstərən məktəblərdəki cinayət faktlarından araşdırma yazılar təqdim edilir. Həmin faktlardan birini də biz təqdim etmişdik. Belə ki, həmin məqalədə dostlarına qız düzəltməklə məşğul olan müəllimdən söhbət gedirdi.

Bu gün isə bizə zəng vuran oxucularımızdan biri başqa bir fakta diqqət yönəltdi. Belə ki, Suraxanı rayon Hövsan qəsəbəsində yerləşən 196 N-li məktəbdə şagirdlərə qeyri-qanuni olaraq 2 manata məcburi bilet satılır.

Xatırladaq ki, təhsil müəssisəsində belə bir satışın icra edilməsi qanunla qadağandır. Amma buna baxmayaraq, məktəbin divarına yarıçılpaq qız şəkilləri vurularaq onların ilan oynadacağı reklam edilir. Şagirdlərə isə hər birinin dəyəri 2 manat olan və üzərində “Sim-sim sirli şou. Köçəri Rüstəmovun iştirakı ilə. VÖEN 06200104042” yazılmış biletlər satılıb. Biletin üzərində heç bir tarix göstərilməsə də, şounun 25 dekabr 2010-cu ildə göstəriləcəyi bildirilir.

Mövzunu davam etdirəcəyik.  

  • Yazılıb
  • da (də) 2010 Dec 22