Tarix : 2010 Dec 22
Kod 20228

REUTERS: ''ABŞ İRANA BATA BİLMİR''

Amerika İrana qarşı müxtəlif sanksiyalar tətbiq etsə də, bu ölkənin iqtisadiyyatını zəiflədə bilmir
IIR servisi/Aran agentliyi

FaktXeber.com-un "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, Amerika Birləşmiş Ştatları İrana qarşı müxtəlif sanksiyalar tətbiq etsə də, bu ölkənin iqtisadiyyatını zəiflədə bilmir. İranın neft sektorunda böhran yaratmaq istəyən rəsmi Vaşinqtonun bütün səyləri, hələ ki heç bir bəhrə vermir. ABŞ bir mənalı olaraq İrandan benzin alınmasına qadağa qoysa da və xarici şirkətləri İranla əməkdaşlıq edəcəkləri təqdirdə cəzalandırmaqla təhdid etsə də, rəsmi Tehranın benzin satışı günü-gündən artır.
Qeyd edək ki, İran bütün təzyiqlərə rəğmən noyabr ayında benzin idxalatını oktyabr ayına nisbətən 70 faiz artırıb və Amerika rəsmi Tehrana bu istiqamətdə heç bir əngəl törədə bilmir.  

  • Yazılıb
  • da (də) 2010 Dec 22