Tarix : 2010 Dec 22
Kod 20230

''Misir Mərdanov istefaya göndərilməlidir!''

''Misir Mərdanov təhsil naziri postunda qaldığı bir müddətdə problemlər həllini tapmayacaq''
Azərbaycan servisi/Aran agentliyi

"Misir Mərdanov təhsil naziri postunda qaldığı bir müddətdə problemlər həllini tapmayacaq".

İslam-Azeri.az İnternet qəzetinin "Salamnyus" agentliyinə istinadən verdiyi xəbərə görə, bu sözləri fizika-riyaziyyat elmləri namizədi, "Pedaqoqika" nəşriyyatının direktoru və təhsil üzrə ekspert Əlövsət Osmanlı deyib.

O bildirib ki, nazir postunda olduğu dönəmdə Misir Mərdanov 14 dərsliyin müəllifi qismində çıxış edib. Hərçənd buna qədər heç bir elmi işə imza atmayıb.

Daha sonra Ə.Osmanlı deyib: "Azərbaycanda təhsili yaxşılaşdırmağın yeganə yolu Misir Mərdanovu istefaya göndərməkdir. Vəziyyət o qədər gərgindir ki, onu əvəzləyən şəxsə bir yığın problemləri həll etmək lazım gələcək".

Məktəblərdə hicaba qoyulan qadağaya gəldikdə isə Osmanlı deyib: "Misir Mərdanov hicab oyununu ortaya ataraq, nazirliyin qlobal problemlərini bu məsələnin arxasında gizlətməyə çalışır. Azərbaycan dövləti təhsilin qeydinə qalır, nazirliyə 45,6 milyon dollar ayırıb. Amma təhsildəki xaosa, dərsliklərə baxın… O qədər biabırçı səhvlər var ki!.. Nazir informatikada naşı olduğunu etiraf edir. Ancaq dərsliyin müəllifi kimi Misir Mərdanov göstərilib".

 

 

İslam-Azeri.az

 

 

  

  • Yazılıb
  • da (də) 2010 Dec 22