Binəqədi rayon polis əməkdaşlarının və Təhsil Nazirliyinin şöbə müdirliyinin əməkdaşları əraziyə gəlsə də, valideynləri sakitləşdirmək mümkün olmayıb
Azerbaijan servsi/Aran agentliyi
FaktXeber.com-un verdiyi məlumata görə, bu gün səhər 11:00 radələrində Bakı şəhəri Binəqədi rayonunun Xocahəsən qəsəbəsində hicablı şagirdlərin valideynləri ilə yerli polis arasında qarşıdurma olub. Övladları məktəbə hicablı formada buraxılmayan valideynlər,103 saylı orta məktəbin direkoru Yusif müəllimə etiraz edərkən, polis əməkdaşlarının hücumuna məruz qalıb. Xocahəsən qəsəbəsində yerləşən 103 saylı orta məktəbin şagirdləri artıq neçə gündür məktəbə hicablı formada daxil olmaq istəsə də, məktəb direktoru onların təhsil ocağına daxil olmasına imkan verməyib. Azərbaycan təhsil naziri Misir Mərdanovun sözlərini əsas götürərək hicablı şagirdləri məktəbə buraxmayan Yusif müəllim, bu gün valideynlərin etirazına tuş gəlib. Məktəb qarşısına toplaşan hicablı şagirdlərin valideynləri, direktoru qanunsuz əməlindən vaz keçmyə çağırıblar. Lakin direktor valideynlərin müraciətini qəbul etməyərək əraziyə polis əməkdaşlarını dəvət edib.
FaktXeber.com-un "Qaynar Xətt"inə daxil olan məlumata görə, Binəqədi rayon polis əməkdaşlarının və Təhsil Nazirliyinin şöbə müdirliyinin əməkdaşları əraziyə gəlsə də, valideynləri sakitləşdirmək mümkün olmayıb. Bundan sonra Təhsil Nazirliyinin əməkdaşı kimi özünü təqdim edən İsmayıl adlı şəxs, polisə valideynlərə hücum etmək barədə göstəriş verib. Daha sonra valideynlərlə polis arasında qarşıdurma olub. Bir müddət davam edən qarşıdurma, iğtişaşsız və həbssiz sona çatıb.