Beynalxalq servsis/Aran agentliyi
"Yeni Şərq"in Suriyadan verdiyi məlumata görə, "Asiyadan Qəzzaya" yardım karvanı artıq Suriyanın paytaxtı Dəməşqdədir. Gecə saatlarında Dəməşqə çatan karvanı şəhərin meri, çoxlu sayda media üzvləri və minlərlə suriyalı qarşılayıb.
Hal-hazırda paytaxtakı otellərin birində yerləşdirilən karvan üzvləri Qəzzaya getmək üçün Misirin vizasını gözləyirlər.
Qeyd edək ki, dekabrın ikisində Hindistanın paytaxtı Yeni Dehlidən yola çıxan karvanda 22 ölkənin nümayyəndəsi var. Karvan Hindistandan Pakistan, İran və Türkiyə ərazilərini keçdikdən sonra Suriya torpaqlarına yetişib.
"Asiyadan Qəzzaya" yardım karvanında "Yeni Şərq"in əməkdaşı Hakim Əlizadə də var. Hakim Əlizadənin "Yeni Şərq"ə verdiyi məlimatda, karvanın Suriyadakı fələstinli qaçqınların yaşadığı Yərmuq qaçqın düşərgəsinə gedəcəyi bildirilir.
Xatırladaq ki, karvanın ən gec dekabr ayının 27-də Qəzzaya yetişməsi planlaşdırılır.