Tarix : 2010 Dec 24
Kod 20239

Bakıdakı yəhudi məktəbi sərt qışa hazırdır

Azərbaycanda 2011-ci ilin ilk aylarında havanın hərarəti əvvəlki illərdən daha çox aşağıya enməsilə bağlı sinoptiklər məlumat veriblər
Azerbaijan servsi/Aran agentliyi

Azərbaycanda 2011-ci ilin ilk aylarında havanın hərarəti əvvəlki illərdən daha çox aşağıya enməsilə bağlı sinoptiklər məlumat veriblər.

Bununla bağlı ombudsman Elmira Suleymanova Təhsil nazirliyinə təhsil binalarının qışa hazır olması üçün addımlar atmasını xahiş edib.

Lakin ən sərt soyuğa belə yəhudilərin məktəbi hərtərəfli hazırdır.

Bu barədə İslam-Azeri.Az İnternet qəzeti "Yəhudi Xəbərlər Agentliyi"nə istinadla xəbər verir.

Agentliyə məlumat verən "XABAD Or avner" məktəbinin direktoru Samir Xanlarov bildirib ki, məktəbin yüksək səviyyəli istilik sistemləri və beynəlxalq standartlara uyğun olan pəncərə, qapıları vardır.

Xanlarov sözlərinin sonunda deyib: "Havalar soyuq olsa belə, məktəbin sinifləri evlərimizdəki kimi isti və rahat olacaqdır"

P.S. Göründüyü kimi yəhudilərə yaradılan şərait Azərbaycanın heç bir məktəbinə yaradılmamışdır. Uşaqlardan qaz və ya elektrik sobası üçün yığılan pullar, sınıq şüşələr bunu deməyə əsas verir. Biz bu mövzunu davam etdirəcəyik. Xahiş edirik məktəblərdə olan neqativ halların foto və videosunu bizim aşağıda qeyd olunan elektron ünvana göndərin.

  • Yazılıb
  • da (də) 2010 Dec 24