Hicabla bağlı həssas dönəmdə ölkə dindarlarının tanınmış inanc insanlarının tövsiyələrinə böyük ehtiyacı var. Bu istiqamətdə məsuliyyət hiss edən İslam fəalları zəruri addımlar atmaqdadır
Azerbaijan servsi/Aran agentliyi
Hicabla bağlı həssas dönəmdə ölkə dindarlarının tanınmış inanc insanlarının tövsiyələrinə böyük ehtiyacı var. Bu istiqamətdə məsuliyyət hiss edən İslam fəalları zəruri addımlar atmaqdadır.
Deyerler yazır ki, dekabr ayının 22-dən Bakıda səfərdə olan bir qrup Gəncə şəhərinin inanclı sakinləri paytaxt Bakı şəhərində görüşlər keçirmişlər. Səfər çərçivəsində “Furqan” ictimai birliyinin sədri Hacı Vüqar İsgəndərov, "Haray" jurnalının baş redaktoru Hacı Ramin Mustafa, hüquq müdafiəçisi Vüsal Səfərli və Gəncə şəhərinin digər aparıcı möminləri Bakıda İçərişəhər “Cümə” məscidinin imam-camaatı, DEVAMM sədri Hacı İlqar İbrahimoğlu və “Məşhədi Dadaş” məscidinin imam-camaatı, “Mənəvi dünya” ictimai birliyinin sədri Hacı Şahin Həsənli ilə görüşmüşlər. Görüş əsnasında əsas müzakirə mövzusu kimi, son zamanlarda ölkə gündəmindən düşməyən orta məktəblərdə hicablı şagirdlərə qarşı qeyri qanuni qadağalar olmuşdur. Görüşdə yaranmış problemin həlli istiqamətində geniş müzakirələr və fikir mübadiləsi aparılmışdır.