Xalid Məşəl: ''HAMAS Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini dəstəkləyir''
Azerbaijan servsi/Aran agentliyi
“Yeni Şərq”in verdiyi məlumata görə, İsrailin blokadasında olan Qəzzaya humanitar yardım çatdırmaq və blokadanı yarmaq məqsədilə yola çıxan “Asiyadan Qəzzaya” adlı yardım karvanı Suriyanın paytaxtı Dəməşqdə Misirin vizasını gözləməkdədir.
Karvan üzvlərini HAMAS-ın siyasi lideri Xalid Məşəl ziyarət edib. Xalid Məşəl karvan üzvlərilə birlikdə keçirtdiyi mətbuat konfransında karvanın təşkilatçılarına və karvanda yer alan Asiya ölkələrinin xalqlarına təşəkkürünü bildirib. Daha sonra karvan üzvlərilə nahar edən Xalid Məşəl “Asiyadan Qəzzaya” yardım karvanında yer alan ölkə nümayyəndələrini və media üzvlərini təkbətək qəbul edib.
Ölkəmizin karvandakı nümayyəndəsi “Yeni Şərq”in eksperti Hakim Əlizadə də HAMAS lideri Xalid Məşəllə görüşənlər arasında olub. Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verən Hakim Əlizadə, daha sonra Xalid Məşələ “Bildiyiniz kimi artıq illərdir Azərbaycan torpaqları Ermənistanın işğalı altındanır. HAMAS-ın lideri kimi sizin Dağlıq Qarabağ münaqişəsilə bağlı mövqeyinizi bilmək istərdik”, deyə müraciət edib.
HAMAS-ın lideri bu münaqişə haqqında məlumatlı olduğunu bildirərək, “Biz fələstinlilər dünyanın istənilən yerində baş verən zülmü və işğalı qətiyyətlə pisləyirik. Qarabağ məsələsinə gəldikdə qeyd etməliyəm ki, Qarabağ əzəli islam torpaqlarıdır və illərdir bu torpaqların işğal edilməsi tezliklə durdurulmalıdır. Haqq, ədalət bərpa olunmalı və Azərbaycanın ərazi bütövlüyü beynəlxalq hüquq normaları çərçivəsində təmin edilməlidir. HAMAS olaraq biz bu münaqişədə Azərbaycanın mövqeyini dəstəkləyirik.”, deyə qeyd edib.
Daha sonra Qəzzaya humanitar yardım aparan karvana qoşulduqlarına görə Azərbaycan xalqına təşəkkürünü bildirən Xalid Məşəl Hakim Əlizadə ilə xatirə şəkili çəkdirib.
Görüşdən sonra karvan üzvləri Dəməşq şəhərindəki fələstinlilərin Yərmuq qaçqın düşərgəsində olublar.
Qeyd edək ki, bundan öncə karvan üzvlərini Fələstin İslam Cihad Təşkilatının lideri Ramazan Şəllah da ziyarət etmişdir.
“Yeni Şərq”in əməkdaşlarına telefonla məlumat verən Hakim Əlizadə bu gün bir qurup karvan üzvlərinin Livanın paytaxtı Beyruta səfər edəcəyini bildirb.
Saytımızın dəyərli izləyiciləri, “Asiyadan Qəzzaya” yardım karvanında olan “Yeni Şərq”in əməkdaşı mütamadi olaraq karvanın keçdiyi ölkələrdən müxtəlif reportajlarla, maraqlı məlumatlara sizlərin xidmətinizdə olacaq. Odur ki, saytımızı izləyin!