İranlı millət vəkili Ə. Laricaninin yanvar ayında Azərbaycana səfər edəcəyini açıqlayıb
Azerbaijan servsi/Aran agentliyi
İran parlamentinin Xarici siyasət və milli təhlükəsizlik komissiyasının mətbuat katibi, millət vəkili Kazım Cəlali Milli Məclisin sədri Oqtay Əsədovla görüşüb. APA-nın xəbərinə görə, K. Cəlali jurnalistlərə açıqlamasında bildirib ki, İran parlamentinin sədri Əli Laricaninin təbrik məktubunu Oqtay Əsədpva çatdırıb. Məktubda Əli Laricaninin Oqtay Əsədova ikinci dəfə parlamentin sədri seçilməsi münasibəti ilə təbriki ifadə edilib.
K. Cəlali deyib ki, O. Əsədov görüşdə Ə. Laricaninin Azərbaycana səfərə dəvət edib və beş Xəzəryanı ölkənin parlament assambleyasının yaradılması təklifi ilə çıxış edib.
İranlı millət vəkili Ə. Laricaninin yanvar ayında Azərbaycana səfər edəcəyini açıqlayıb.