Tarix : 2010 Dec 24
Kod 20261

Ruhanilər yeni müraciət ünvanladılar

Ölkənin bir sıra ruhaniləri hicabla bağlı yaşanan problemlə əlaqədar yeni müraciətlə çıxış etmişlər
Azerbaijan servsi/Aran agentliyi

Ölkənin bir sıra ruhaniləri hicabla bağlı yaşanan problemlə əlaqədar yeni müraciətlə çıxış etmişlər. Müraciətdə bildirilir: “İlk olaraq, Tasua-Aşura günlərində inanclı insanların əzadarlıq məclislərini yüksək ruhiyyə ilə keçirməsini xüsusi qeyd edir, habelə, bu günlərdə baş verə biləcək təxribatların qarşısını almaq və bu günlərin ehtiramını qorumaq üçün hicabla yaranan problemə küçə etirazları vasitəsilə münasibət təzahür etməmələri ilə əlaqədar təşəkkürlərimizi çatdırırıq. Əslində, baş verə biləcək hansısa təxribatların baş tutmaması və Aşuranın ehtiramını aşağılamaq istəyənlərin niyyətinin reallaşmaması - məhz inanclı kəsimin prinsipial və ardıcıl mövqe sərgiləməsi nəticəsində həyata keçmişdir.

Təəssüflərlə qeyd etmək lazımdır ki, keçən dövr ərzində problemin müsbətə doğru dəyişməsi baş verməyib, əksinə, artıq problem Bakı şəhərindən bəzi bölgələrə də keçib. Burada xüsusilə narahatedici bir məqam qeyd edilməlidir ki, qadağa təşəbbüsləri ilə yanaşı, inanclı kəsimə, dini hisslərə yönəli qara-PR kampaniyası da həyata keçirilir. Problemin həllinə çalışmaq, konstruktiv, qu

  • Yazılıb
  • da (də) 2010 Dec 24