Azərbaycan servisi/Aran agentliyi
Nardaranlı Hacı Əliyə hökm oxunub. Bu barədə məlumat verən Məşədi Natiq bildirib ki, bir neçə ay öncə narkotik saxlama maddəsi ilə təqsirli bilinən Hacı Əlinin taleyindən danışıb: ”Hacı Əlinin məhkəməsində görünməmiş biabırçılıq yaşandı. Heç nədən yaşlı kişini narkotik maddə saxlama adı ilə həbs etdilər. Məhkəmədə məlum oldu ki, istintaq zamanı hacıya mənəvi əzab verib. Əvvəlcə onu narkotik saxlama maddəsi ilə 6 il müddətinə həbs edəcəkləri ilə qorxudublar. Sonra ondan narkotik maddədən istifadə etməklə bağlı ifadə alıblar. Araşdırmalardan belə aydın olur ki, guya hacı narkotik maddə alüdəcisi imiş. Beləliklə, məhkəmə onu 2 il 6 ay azadlıqdan məhrum etdi. Bu, ədalətsizlikdir. Qurandan dərs deyən yaşlı bir adamı bu maddə ilə həbsxanaya atmaq yolverilməzdir”.
İlkin məhkəmə qərarından apelyasiya şikayəti verməyəcəklərini söyləyən Məşədi Natiq Azərbaycanda ədalətlin olmadığını dedi: “Hara şikayət edəsən? Apelyasiya da Sabunçu rayon məhkəməsinin qərarı təsdiq edəcək. Heç Hacı Əlinin ailəsi də yuxarılara şikayət etmək istəmir”.
Qeyd edək ki, bundan öncədə Hacı Əli qəsəbədə keçirilən tədbir zamanı millət vəkili Sabir Rüstəmxanlının ünvanına sərt ifadələr işlətdiyi üçün həbs edilmişdi.