Azərbaycanın təhsil müəssisələrində hicaba qoyulan qadağaya etiraz əlaməti olaraq Türkiyədə izdihamlı yürüş keçirilib
Türkiyə servsi/Aran agentliyi
Azərbaycanın təhsil müəssisələrində hicaba qoyulan qadağaya etiraz əlaməti olaraq Türkiyədə izdihamlı yürüş keçirilib.
İslam-Azeri.az İnternet qəzetinin velfecr.com-a istinadən verdiyi xəbərə görə, "İsra" Mədəniyyət Mərkəzinin təşkil etdiyi aksiyaya İstanbulun Ağa məscidində qılınan namazdan sonra start verilib.
Yürüş Taksim meydanına qədər davam edib. Aksiya iştirakçıları təkbirlər deyərək, "Hicaba uzanan əllər kəsilsin!", "Bakıya salam, müqavimətə davam!", "İslam ümməti qəbul etməz zilləti!", "Hər yer Kərbəla, hər gün Aşura!", "Müsəlman zülmə boyun əyməz!", "Kədərlənmə, üzülmə, Allah səninlə!", "İslam - dinimiz, azadlıq - yolumuz!" şuarları səsləndiriblər.
Azərbaycanda hicaba qoyulan qadağaya etiraz edən türkiyəlilər əllərində "Azərbaycanda edilən zülmləri və hicaba qoyulan qadağanı pisləyirik!", "Yaşasın Azərbaycan hicab müqavimətimiz!", "Müqavimət göstər, Allah səninlə!", "Hər Firona bir Musa, hər Yezidə bir Hüseyn!" plakatları daşıyıblar.
Taksim meydanına gələn etirazçıların önündə "İsra" Mədəniyyət Mərkəzinin rəhbəri Nurəddin Şirin çıxış edib. O, deyib: "Bu gün biz burada Azərbaycanda İslami müqəddəsata edilən hücumları, xüsusilə hicabın məktəblərdə qadağan edilməsini pisləmək və Türkiyəli müsəlmanlar olaraq bu zalım qadağaya müqavimət göstərən igid və çalışqan Azərbaycanlı qardaşlarımızın yanında olduğumuzu bəyan etmək üçün toplandıq”.
Aksiyadan foto və video görüntülər az sonra təqdim ediləcək.
20.18.
Nurəddin Şirinin ardından çıxış edən Mehmet Şahin və digərləri də Azərbaycanda İslama və hicaba qarşı yönələn hərəkətləri pisləmiş, sionistləri sevindirəcək davranışa son qoymağa çağırmışlar. Aksiya iştirakçıları həmçinin mətbuat üçün bəyanat yayıblar.
Aksiyanın sonunda İsrail bayrağı yandırılıb