Tarix : 2010 Dec 25
Kod 20285

PƏHLƏVİ REJİMİNİN HİCAB QADAĞASININ TARİXÇƏSİ

.
IIR servsi/Aran agentliyi

İranda hicabı qadağan edənlər Qərb ideologiyasını rəhbər tutaraq, “yeniliklər” yaratmaq istəyənlərdir ki, Qərb həyat tərzini birbaşa inikas etdirsinlər. O cümlədən, səy edirdilər ki, iranlı qadınları da Qərb qadınları kimi hicabsız və açıq-saçıq geyimdə olsunlar. Kişilərin geyimini də dəyişdirmək istəyirdilər. Hicab qadağasının ilk nişanələrini Nəsirəddin Qacar şahın dövründə müşahidə etmək olar. Bu məsələnin rəsmiyyətə keçməsi isə Rza şah Pəhləvinin dövründə olmuşdu. O, dini dəyərlərin zəiflətməsini öz proqramının sərlövhəsi hesab edirdi. Bu hərəkətlərə misal olaraq, şlyapanın məcburi taxılmasını, qadınlara hicabın qadağan edilməsini, hicablı qadınların parklarda, kino-teatrlarda, otellərdə və ümumi yerlərdə olmasının qarşısının alınmasını misal göstərmək olar.

Ola bilsin ki, Xorasanda 1314-cü ildə Qövhərşad məscidində baş verən qiyamı Pəhləvi dövründə “müasirləşməyə” qarşı baş verən ilk etiraz hesab etmək olar. Rzaxan Əfqanıstanın “Qərb təmayüllü” padşahı Amanullah xan və Türkiyə lideri olan Mustafa Kamal ilə görüşündən sonra kəskin şəkildə “Qərb ideyaları”nın təsiri altına düşür. Ona görə də ölkəsində bu yenilikləri həyata keçirtməyə cəhd edir. Onun bu sahədə etdiyi hər bir cəhd İran tarixində öz nişanəsini qoymuşdur.

Belə ki, Qövhərşad məscidinin alimləri və Məşhəd camaatı hicabın qadağan edilməsinə etiraz etmişdilər və Ayətullah Qumi Pəhləvi rejimi tərəfindən həbs edilmişdi. Baxmayaraq ki, Şeyx Muhəmmədtəqi Bəhlulun adı Qövhərşad hadisəsində Məşhəd insanlarını bir yerə yığmaqda daha çox çəkilir, ancaq Məşhəd alimləri iclasları zamanı və bir yerə yığışan zaman bu qiyama əvvəlcədən hazırlaşırdılar. Onlar öz çıxışları zamanı Rzaxan ilə mübarizə aparmağı söyləyir və bu sahədə səylər göstərirdilər. Hər halda Qövhərşad qiyamında insanlar vəhşicəsinə qətlə yetirildilər və alimlər həbs edildilər. Ancaq onun xatirəsi İran xaqlının zehnində hələ də qalmaqdadır və bu hadisə Rzaxan Pəhləvinin hökumətinin mahiyyətini aşkar edir.

İranda hicab qadağasının başlanğıcı

1356-cı ilin dey ayının 17-də bir jurnalistin Əşrəf Pəhləvi ilə müsahibəsi.

Jurnalist: Siz bu gün hicab qadağasını nəzərə alaraq, iranlı qadınların gələcəyini necə görürsünüz?

Əşrəf Pəhləvi: Elə bir iş görmək istəyirik ki, bir neçə il sonra da İran kitabxanalarında lüğət kitablarını götürən zaman “ç” və”h” hərflərinə aid sözlər arasında “çadra” və “hicab” sözləri silinmiş olsun.

O zamanlar Əşrəf Pəhləvinin bu sözü qəzetlərin ilk səhifəsində titrə çevrildi: “Siz xanımlar gərək bu dey ayının 17-si tarixini əziz tutasınız və hələ ki, fürsətiniz var bundan ölkənin tərəqqisi üçün istifadə edin. Rza Pəhləvinin dey ayının 17-si tarixinin əzəməti ildən-ilə artmaqdadır. Çünki belə bir gündə İran xanımları şahın əmri ilə azadlığa çıxmışdılar”.

Tarixi şahidlərin dedidyinə görə, hicabın qadağası ilk dəfə olaraq, Nəsirəddin Qacar şahın sarayından başlanmışdır. Şahın Avropaya səyahət etməsi və onun Avropa qadınlarının geyimini mühaşidə etməsi o yelərin mədəniyyətinin öz ölkəsinə ötürülməsinə səbəb olmuşdu və ilk əvvəl bu təsir özünü sarayda göstərirdi. Tədricən hicabın qadağası "azad fikirli" insanlara da təsir qoydu və mətbuatda öz yerini tutdu. Bu vəziyyət Qacar rejiminin sonuna qədər davam etdi. Qacar şahlarının hicab qadağasına olan meylləri və ailələrin müqaviməti səbəb oldu ki, hicabın qadağası saraydan kənarda o qədər də yayılmasın. Qacar rejiminin sonlarında "yenilikpərəstlər" qadınların İslami hicablarının qadağan edilməsinə dair addımlar atmışdılar. İrəc Mirzə, Mirzəzadə Eşqi, Arif Qəzvini bu sahədə xüsusi canfəşanlıq etmişdilər. Onlar hicabın qadağasını da “yeniliyin əlaməti” adlandırırdılar.

Hicaba qadağanın ailələrdən başlamaq planı

Hicabı qadağan etməyin planını hazırlayanlar bilirdilər ki, bu işi rəsmiyyətə çevirmək üçün ilk növbədə ailədən başlamaq lazımdır. Onların fikrincə, ərin öz arvadının hicabsızlığı ilə müxalifət etməsi hicab qadağasının əsas amilinin inkişaf etməsinə mane olur. Ona görə də ilk növbədə ailə başçısının zehnini dəyişdirmək lazımdır. Sonra bu məsələni qanunlaşdıraraq, rəsmiyyətə salmaq lazımdır. Onlar dövlət işçilərindən başladılar. Çünki onlar dövlətin nəzarəti altında idilər. Bundan başqa onların vasitəsilə bu dəyişikliyi etmək cəmiyyətin başqa üzvlərinə də təsir qoya bilərdi.

Beləliklə, 1307-ci ildə Rzaxanın şahlıq rejiminin üçüncü ilində Milli Şura tərəfindən hicabın qadağan edilməsinə aid qanun qəbul edildi və baxmayaraq ki, ruhanilər, o cümlədən: mərcələr, imam-cümələr və sair ailələr üçün istisnalar edilmişdi. Ancaq bu qanunun həyata keçməsi Tehranda və bir çox şəhərlərdə müqavimətlə üzləşdi. Ruhanilər də bu müqavimətlərə rəhbərlik edirdilər.

1305-ci ildə "Ayıq qadınlar" cəmiyyəti təşkil edildi və 1307-ci ildə əfqanlı Amanullah xanın həyat yoldaşı Surəyya ilk dəfə İrana səfər etdi. Onlarla bu səfərə çıxan əfqan qızlarının bir çoxu hicabsız idilər və onlar Avropa geyimləri və şlyapa ilə İran şəhərlərini gəzirdilər. 1310-cu ildə Rzaxan Milli Şurada “Şərq qadınlarının hüquqlarına təcavüzün” qarşısını almaq üçün elə bir qərar qəbul edir ki, əgər kimsə hicabsız qadına mane olarsa, polis idarəsi hicabsız qadını himayə etməli idi.

1311-ci ildə Şərq qadınlarının konqresinin təşkil edilməsi Rzaxanın hicab ilə mübarizəsinin növbəti addımı idi. Bu konqresə müxtəlif ölkələrdən hicabsız qadınlar dəvət edilmişdi. Şəms Pəhləvinin rəhbərliyi ilə keçirilən bu konqresdə hicabsızlıq inkişaf etmiş sivilizasiyanın nişanəsi kimi qiymətləndirilmişdi. Bu sahədə çox sayda təbliğatlar aparılmışdı.

Anti-hicab təsisatları

Qərb səpkisində məktəblərin, təlim və tərbiyə ocaqlarının təsis edilməsi Rzaxan rejiminin hicabla mübarizəsinin başqa bir amili idi. Baxmayaraq ki, bu məktəblərin təsis edilməsi Nəsirəddin şahın dövrünə qayıdır, ancaq Rzaxan hicabın qadağan edilməsi astanasında bu məktəblərin təsis edilməsində təşviqatçı idi. 1313-cü ildə Rzaxan Türkiyəyə səfər edir və burada hicabsızları müşahidə edir və bütün bunlar onun əqidəsini bir daha möhkəmləndirir. Rza şah bu səfər zamanı İranın səfirinə deyir: “Biz çox geridəyik və gərək sürətlə bütün gücümüzü inkişafa, xüsusilə də qadınlara aid həyata keçirək”.

1314-cü ildə isə baş nazirə demişdi: “İki ilə yaxındır ki, hicabın qadağan edilməsi mövzusu mənim fikrimi məşğul edir. Xüsusilə də Türkiyəyə getdiyim zaman oranın qadınlarını gördüm ki, hicabı atmışdılar. Mən əminəm ki, çadra xalqın tərəqqisinin düşmənidir”.

1314-cü ildə Rzaxan Şəms Pəhləvinin rəhbərliyi ilə İranın "Azadsevər qadın" cəmiyyətini təsis etdi. Sonrakı mərhələdə isə Daxili işlər nazirliyi kişilərin və qadınların geyilminə görə yeni qanun qəbul etdi. Sonra şah nazirlərə və məclis nümayəndələrinə elan edir ki, qadınların hicabını ləğv etməyə başlasınlar. İlk addımda hicabın ləğv edilməsi nazirlərdən, müavinlərdən, vəkillərdən və ölkə məsullarından başlanıldı. Bu qanun müqavimət ilə üzləşmişdi və 1314-ci ildə baş verən Qövhərşad qiyamı da bunun nişanələrindəndir.

Ayətullah Qumi, Ayətullah Şeyx Abdulkərim Hayiri, Ayətullah Seyid Muhəmmədtəqi Xunsari, Ayətullah Mirzə Muhəmməd Ağazadə - o mərcə və alimlər idi ki, Rzaxanın hicabsızlıq proqramına qarşı etiraz edirdilər. Bir çox alimlər və ruhanilər də hicabın qadağasına görə sürgün edilmişdilər.

1314-cü ildə Rzaxan hicabını çıxartdığı arvadı və qızı ilə bir yerdə qızların məzuniyyət mərasiminə gəlmişdi. Ölkənin hökumət adamlarının çoxu bu mərasimə dəvət edilmişdi. Onlar qabaqcadan proqramlaşdırılmış halda bu mərasimdə hicabsız qadınları ilə bir yerdə işritak edirdilər. Rzaşah bu mərasimdə çıxış edir və deyir: "Gərək dərziləri və papaq tikənləri həvəsləndirək ki, bazara qəşəng məhsullar çıxartsınlar. Biz zindan meyllərini sındırmışıq. İndi isə zindandan azad olmuşun vəzifəsi özünə qəfəs yerinə gözəl ev tikməkdir".

Əslində bu mərasim hicabsızlığın rəsmi tanıdılması mərasimi idi. Sonra mətbuat bu haqda yazmağa başladı və hicabsızlığı qadının azadlığı adlandırdı. Hicabın qadağan edilməsi Rzaxanın ömrünün qalan hissəsində vacib hesab edilirdi. İslam hicabı isə geri qalmışlıq əlaməti kimi qiymətləndirilirdi. Ona görə də polislərin vəzifəsi qadınların çadrasını başlarından çıxartmaq idi.

Hicabsız hərəmə girmək cəhdinin qarşısı necə alındı

Hicabın qadağan edilməsi cəmiyyətdə fəsadın artmasına səbəb oldu. Məzhəbi təbəqələrin hiddəti ilə üzləşdi. Bir çox möminə qadınlar hicablarını qorumaq üçün evlərindən bayıra çıxmırdılar. Bəziləri də bazar və küçələrdə polislərin gözündən uzaqda görünürdülər. Rzaşahın süqutundan sonra zahiri olaraq, bu qadağa aradan götürüldü. Ancaq hökumət mətbuatı hələ də Rzaxanın ideyalarını qələmə alırdılar. İkinci Pəhləvinin dövründə də hicabsızlıq təbliğ edilirdi. O kəslər ki, hicabsızlığın əleyhinə idilər və ya hicabı təbliğ edirdilər, onlara qarşı ölçülər götürülürdü. Bu o halda baş verirdi ki, Rzaxanın dövründə İran qadılnlarıınn bir çoxu hicabdan məhrum olunmuşdular. İkinci Pəhləvinin dövründə ilk illərdə hicabsızlıq qalsa da, sonralar qadınlar hicab geyinməyə başladılar.

Mustafa Kamal Atatürk Türkiyədə 1924-cü miladi ilində Türkiyədə dini təsisatları ləğv edir və göstəriş verir ki, İslama aid tarixdə olan bütün məlumatları məktəb dərsliklərindən silsinlər. Və dinin cəmiyyətdən ayrı olan “laik” bir sistem yaradır. O, bu sistemi həyata keçirtmək üçün kişilər və qadınlar üçün geyim müəyyən edir və hicabı hər yerdə qadağan edir. Hal-hazırda da Türkiyənin təhsil sistemində bu əqidə irəli sürülür. Müsəlmanların dəfərlərlə etirazlarına baxamayaraq, hicablı qızların təhsil müəssisələrinə daxil olması qadağandır.

Başqa bir amil Əfqanıstanda olan Amanullah xan idi. O, qərara alır ki, Əfqanıstanda İslam sisteminin yerinə Qərb mədəniyyətini yerləşdirsin. Ancaq onun təzyiqləri əfqan xalqına çox da təsir etmədi. Ona görə də o, öz məqsədinə çata bilmədi.

Rzaxan İranda ingilislərin köməyi ilə taxta çıxmışdı. O, Qərb mədəniyətini yaymaq və İslamı aradan qaldırmaq üçün bir çox amillərdən bəhrələnmişdi. Onun “xidməti səyləri” o yerə çatır ki, hicabı qadağan edir. 1306-cı ilin Novruz bayramında hicabın qadağan olunması elan olunmamışdan əvvəl cəmiyyətin çox hissəsi Qum şəhərində yerləşən Həzrət Məsuməni (ə) ziyarət etməyə gəlmişdilər. İnsanlar bu zaman xəbərdar olurlar ki, Rzaxanın arvadı və iki qızı hicabsız və açıq paltarda Qum şəhərinə daxil oldular. Onlar o vəziyyətdə hərəmə daxil olmaq istədilər. Onların bu hərəkətləri insanları qəzəbləndirdi. Seyid Nazim Vaiz adlı bir ruhani insanları əmr-be-məruf və nəhy-əz-munkərə çağırdı. Bu xəbər Ayətullah Hacı Şeyx Abdulkərim Hairinin ətrafında olan Ayətullah Şeyx Muhəmmədtəqiyə çatır. O, ilk olaraq, Rzaxanın ailəsinə müraciət edir: “Əgər müsəlmansınızsa, bu vəziyyətdə bu müqəddəs məkana girə bilməzsiniz. Əgər müsəlman deyilsinizsə də, buraya girə bilməzsiniz”. Rzaxanın ailəsi bu müraciətə əhəmiyyət vermirlər. Bu rəbbani alim şəxsən hərəmə gedir, Rzaxanın ailəsinə kəskin xəbərdarlıq edir. Bu zaman az qalır ki, hökumətin əleyhinə qiyam baş versin.

Şah ordu hissələri ilə hərəmə soxulur

Qumun polisi Rzaxana teleqraf göndərir ki, sizin ailəniz ruhanilərin göstərişi ilə bir otaqda saxlayıblar və onlara xəbərdarlıq edilib ki, hicabsız hərəmə daxil ola bilməzlər. Bu zaman Rzaxan bir qrup ordu ilə Qum şəhərinə daxil olur. Çəkmələrlə hərəmə daxil olur və Ayətullah Şeyx Muhəmmədtəqini təhqir edir. Rzaxanın işarəsi ilə Ayətullah Şeyx Muhəmmədtəqini uzandırırlar və şah öz əsası ilə onu vurur. Şeyx ancaq fəryad çəkir: “Ya İmam Zaman! Fəryada çat”. Sonra şahın əmri ilə onu həbs edirlər. Bir müddət həbsdə qalır və sonra Rey şəhərinə sürgün edilir. Ömrünün axırına qədər onu nəzarət altında saxlayırlar. 1322-ci ildə sürgündə dünyasını dəyişir. İnsanlar onun cənazəsini Qum şəhərinə gətirirlər və Həzrət Məsumənin (ə) hərəminin baş tərəfində yerləşən məsciddə onu dəfn edirlər. Bu Allah adamının hicabın qadağası ilə mübarizəsi o həddə çatır ki, sürgün olduğu Rey şəhərində nəzarət altında idi. Rzaxanın bacısı vəfat edir və onu Həzrət Abduləzimin (ə) hərəminə gətirirlər. Rzaxan və qohumları bir yerə yığışmışdılar və o, Ayətullah Muhəmmədtəqiyə xəbər göndərir ki, gəl bacım üçün namaz qıl. Ayətullah Muhəmmədtəqi isə cavab vermişdi ki, gəlməyəcəkdir.

Maraqlı odur ki, Rzaxanın bütün qohumları orada idilər və Ayətllah Muhəmmədtəqi onların yanına gedir və onlar gözləyirdilər ki, Ayətullah Muhəmmədtəqi namaz qılacaq, ancaq o, yaxınlaşaraq, namaz qılmayacağını söyləyir.

Ayətullah Mərəşi Nəcəfi polisə niyə şillə vurdu

Ayətullah Şeyx Abdulkərim Hairi hicabın qadağan edilməsi məsələsinə qarşı qəti mövqe tutmuşdu. Bu mərcəyi-təqlid deyirdi: “Din məsələsi namus deməkdir, ən son nöqtəyədək dayanmaq lazımdır”. Şeyx Abdulkərim, teleqraf vasitəsilə Rzaxana ismarış göndərir ki, o, dinin əleyhinə hərəkət edir və həmçinin hicabın qadağasına görə öz qəzəbini bildirir. Ancaq Rzaxan məktubu gətirəni tutaraq, həbs etdi və ona təhqirlə dolu teleqraf cavabı göndərdi.

Rzaxanın hicabın əleyhinə apardığı mübarizə o yerə çatdı ki, Qumun ədəbsiz polis rəisi Həzrət Məsumə (ə) hərəminə daxil olur. O, hərəmin kənarında ziyarətə məşğul olan hicablı qadınlara qışqırır və onların üzərlərinə hücum edir, çadralarını başlarından çıxardır. Qadınların ah-naləsi hər yeri bürüyür. Mərhum Ayətullah Mərəşi Nəcəfi orada idi və o, çox narahat olur. O, polis rəisinin bu hərəkətinin qarşısını almağa çalışır və onunla əlbəyaxa olur. Onun üzünə bir şillə vurur. Polis rəisi isə Ayətullah Mərəşini öldürəcəyini söyləyir. Ancaq bu hadisədən sonra həmin polis bazardan keçən zaman bazarın yanında olan binaların birinin damı aşır və o, ölür.

Hərəmdə minlərlə insanın gülləbaran edilməsi

O zaman ki, Rzaxan hicabın qadağan olunmasını məcburiyyətə çevirdi, ölkənin hər yerindən alimlər etiraz etməyə başladılar. O zamanın mərcəyi-təqlidləri Ayətullah Hacı Ağa Hüseyn Qumi, Ayətullah Hacı Şeyx Muhəmməd Ağazadə, Ayətullah Şeyx Haşim Qəzvini, Ayətullah Seyidəli Sistani və başqaları Ayətullah Seyid Yunis Ərdəbilinin evində yığışaraq, öz etirazlarını teleqraf vasitəsilə Rzaxana bildirdilər. Bu teleqraf Məşhədin 31 görkəmli alimlərinin imzası ilə göndərilmişdi.

Mərcə və alimlər arasında Ayətullah Hacıağa Hüseyn Quminin adı gələndə Qövhərşad qiyamı yada düşür. Çünki onun bu qiyamda rolu böyük idi. O, 1354-cü ildə Məşhəddən Tehrana gəlir. Rzaxan deyir: “Əgər hicab qadağasının inkişafı başlarında Ayətullah Hacıağa Hüseyn Qumi olan on min nəfərin ölümünə səbəb olarsa, dəyəri var”.

O zaman ki, insanlar Ayətullah Hacıağa Hüseyn Quminin Tehrana gəlməyindən xəbərdar oldular, dəstə-dəstə əzadar halda onun görüşünə gəlirdilər. Sirac bağında o qədər insan yığışmışdı ki, Rzaxan vahiməyə düşür və o bağı mühasirəyə aldırır. Oraya alimlərin və insanların daxil olmasına mane olurlar. Ona görə də Ayətullah Hacıağa Hüseyn Qumini bu bağda həbs edirlər.

Ayətullah Qumi məclislərin birində deyir: “Bu İslam fədai istəyir, insanlar gərək qiyam etsinlər”. Bundan sonra da Məşhəddə Qövhərşad məscidində qiyam baş verir və mübariz ruhani Muhəmmədtəqi Bəhlul öz çıxışları ilə Rzaxanın İslamın əleyhinə olan hərəkətlərinə etiraz etmişdi. O, Quran hafizi idi və qorxmadan yeni “mədəniyyətin” təhlükəli olduğunu insanlara çatdırmaq istəyirdi. İnsanlar da Rzaxan rejiminə nifrət edirdilər. Bəhlul ağanın dediyinə görə, gecə yarısından 4 saat keçəndən sonra əsgərlər Qövhərşad məscidinə hücum edərək, oranı gülləbaran edirlər. İnsanların qanı selə çevrilir və təxminən 3 min nəfər şəhid olur. Bu haqda keçmiş hərbiçi Hüseyn Firdust yazır: “Məşhəddə Bəhlul adlı bir ruhani Rzaxan rejiminə qarşı kəskin etiraz edir. Çıxışları zamanı ona kəskin hücumlar edirdi. İnsanların bir çoxu İmam Rza (ə) hərəmində etirazlarını bildirmişdilər və hicabın qadağası qalxmadan oradan çıxmayacaqlarını söyləyirdilər. Məşhəd ordusunun İrəc Mətbuyi adlı komandiri inqilabdan sonra bu cinayətə görə edam edilmişdi. O zaman o, bu haqda Rzaxana məlumat verir və əsgərlər hərəmə daxil olurlar. İnsanları hədələyirlər ki, əgər bayıra çıxmasalar, onlara güllə açacaqlar. Rzaxan dəstək üçün komandir Əlborzu Məşhədə yollayır. Mətbuyi və Əlborzun əmri ilə əsgərlər hərəmə daxil olaraq, insanlara güllə açırlar”.

Mətbuyi bu haqda inqilabdan sonrakı məhkəmədə deyir: “Mənə əmr verilmişdi ki, bir qrup əsgəri Məşhəd bələdiyyəsinin ixtiyarına verəm. Mən təxminən 250 nəfər əsgəri onun ixtiyarına verdim. Bu zaman Əlborz əsgərlərlə Məşhədə daxil olur, bütün ordu Əlborzun ixtiyarına verilir. Polkovnik Qadiri əsgərlərlə bir yerdə hərəmin damından oraya daxil olurlar. İnsanları güllələməyə başlayırlar və bu hücum zamanı 25 nəfər şəhid olmuş və 40 nəfər yaralanmışdı”. Bu da Qövhərşad məscidi qiyamının xülasəsi idi.

Alimlərin sürgün edilməsi

Rzaxan öz məqsədinə çatmaq üçün bu cinayətlə kifayətlənmədi. Qiyamın təkrar olmaması üçün Məşhədin bütün fəal alimlərini həbs etdirir və Məşhəddən sürgün etdirir. Bu sürgündə üç tanınmış alimlərin içində: Ayətullah Hacıağa Hüseyn Qumi, Ayətullah Seyid Yunis Ərdəbili və Ayətullah Şeyx Muhəmməd Ağazadə var idi.

Ayətullah Ağazadə Tehrana çatan zaman Rzaxanın zalım muzdur həkimi Doktor Əhmədi tərəfindən iynə vurularaq, şəhadətə yetirilir. Cənazəsi isə 1356-cı ildə Həzrət Abduləzim hərəmində dəfn edilmişdir. Bu alim 62 yaşında can verdi.

Rəhmətlik İmam öz çıxışları zamanı dəfərlərlə Rzaxanın diktatorluğunu və Qövhərşad qətlini yada salmış və müsəlman insanları nəhy-əz-munkərə, isrismarçılara müqavimət göstərməyə çağırardı və deyərdi: “Cinayətkar ingilislər Rzaxanı silahlandırdılar. Bu əsli bilinməyən nalayiq insanı silahla taxta gətirdilər. Silah ağılsızın əlində idi. Qövhərşad məscidində baş verən o cinayət və qətliamın ardınca Xorasanda alimləri həbs edirlər”.

Hicab qadağası fitnəsi İmam Xomeynin (r) nəzərində

İmam Xomeyni (r) hicabın qadağan olunmasını İslam cəmiyyətini məhv etmək istəyən fitnə adlandırırdı. O, buyururdu: “Onların planı bu idi ki, hicabın qadağan edilməsi fitnəsi ilə cəmiyyəti yaratmalı olan əziz təbəqəni cəmiyyəti məhv edən təbəqəyə çevirsinlər və bu plan ancaq siz qadınlar üçün nəzərdə tutulmamışdı, cavanları da fəsad yerlərinə çəkmək istəyirdilər. Onları elə tərbiyə etmək istəyirdilər ki, ölkələri kimin əlinə düşürsə-düşsün, onlar üçün fərqi yoxdur. Qadınlar iki dövrdə məzlum olublar. Biri cahiliyyət dövründə idi və İslam qadını düşdüyü o məzlum vəziyyətdən qurtardı və biri də bizim İranımızda məzlum olmuşdu və keçmiş şahın dövründə qadına azadlıq vermək əvəzinə, ona zülm etdilər. Qadının tutduğu o şərafətli və izzətli məqamında aşağı çəkdilər. Halbuki, qadın insandır. Böyük insandır. Qadın cəmiyyətin tərbiyəçisidir, ölkənin səadət və bədbəxtliyi ondan asılıdır. Qadın düzgün tərbiyə etməklə insan yaradır və bütün səadətlərin mənbəyi qadınlar vasitəsilədir. Qadını bir növ oyuncağa çevirdilər və ata və oğulun (Pəhləvilərin) qadına qarşı cinayətləri o qədər oldu ki, heç kişilərə bu qədər zülm olunmamışdı”.

Hazırladı: Məşhədi Xanım, “Dəyərlər”
(İran tarixi mənbələrinə əsasən)

Deyerler.org

 

  • Yazılıb
  • da (də) 2010 Dec 25