“Azərbaycanın Milli Məclisinin sədri Oqtay Əsədovla iqtisadi, mədəni, siyasi və parlamentlərarası əlaqələrin genişlənməsi barədə səmərəli müzakirələrimiz oldu”.
Azərbaycan servisi/Aran agentliyi
Bu sözləri APA-ya açıqlamasında İran parlamentinin Xarici siyasət və milli təhlükəsizlik komissiyasının mətbuat katibi və millət vəkili Kazım Cəlali deyib.
O bildirib ki, iki ölkənin rəhbərlərinin qardaşlığı və işgüzarlığı sayəsində əlaqələr gündən-günə inkişaf edir: “İran və Azərbaycan tarixən eyni adət ənənələrə malikdirlər. Buna görə də biz əlaqələrimizi inkişaf etdirməliyik”.
K.Cəlali Xəzəryanı ölkələrin, eləcə də region ölkələrinin parlamentlərarası əlaqələrinin inkişafına tərəfdar olduqlarını vurğulayıb: “İran İslami Şurasının sədri Əli Laricaninin cənab Oqtay Əsədovun dəvəti ilə yaxın günlərdə Azərbaycana səfəri zamanı da ikitərəfli əlaqələrin inkişafı, eləcə də region ölkələrinin parlamentlərarası münasibətləri bir daha müzakirə ediləcək. Ümid edirəm ki, bu səfər uğurlu olacaq”.