Tarix : 2010 Dec 28
Kod 20333

Gəncəlilər şeyxə şikayətlərini çatdırdılar

müsəlmanların paytaxta gəlmələrinin əsas səbəbi orta məktəblərdə hicab qadağasına etirazlarını şeyxülislam Hacı Allahşükür Paşazadəyə çatdırmaq olub
Azerbaijan servsi/Aran agentliyi

Bu gün Gəncədən olan bir qrup müsəlman Qafqaz Müsəlmanları İdarəsində olub.

İslam-Azeri.az İnternet qəzetinin xüsusi müxbirinin verdiyi xəbərə görə, müsəlmanların paytaxta gəlmələrinin əsas səbəbi orta məktəblərdə hicab qadağasına etirazlarını şeyxülislam Hacı Allahşükür Paşazadəyə çatdırmaq olub.

Gəncəli müsəlmanları QMİ-nin şöbə müdiri Qəmər Cavadlı qəbul edib. O bildirib ki, toxunulan problem Allahşükür Paşazadənin diqqət mərkəzindədir və gəncəlilərin də tələbi QMİ sədrinə çatdırılacaq.

Xatırladaq ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə məktəblərdə hicab qadağasına münasibətində demişdi: “Hicab məsələsi müzakirə obyekti deyil, bu, Allahın əmridir və ona əməl olunmalıdır. Hicabın olub-olmaması yox, onun hansı şəkildə olması müzakirə edilə bilər. Bu, bir insan haqqıdır və belə görünməklə özünü rahat hiss edirsə, buna mane olmaq lazım deyil”.

  • Yazılıb
  • da (də) 2010 Dec 28