Tarix : 2010 Dec 28
Kod 20355

Ayətullah Nuri Həmədaninin rəsmi Bakıdan gözləntisi

Ayətullah Nuri Həmədani bildirib ki, müsəlman ölkəsi olan Azərbaycan Respublikası hökumətindən müsəlmanların istəyini yerinə yetirəcəyi gözlənilir
Azerbaijan servsi/Aran agentliyi

Ayətullah Nuri Həmədani bildirib ki, müsəlman ölkəsi olan Azərbaycan Respublikası hökumətindən müsəlmanların istəyini yerinə yetirəcəyi gözlənilir.

Qum Elmləri Hövzəsinin ali mərcə təqlidlərindən olan Ayətullah Nuri Həmədani Azərbaycan Respublikası məktəblərində hicabın qadağan olunması ilə bağlı bu ölkə vətəndaşlarından ibarət bir qrupun şəri sualına cavab verərək Azərbaycan Respublikası hökumətindən bu ölkənin müsəlman xalqının istəyini həyata keçirməsini istəyib.

Son zamanlar Azərbaycan Respublikası hökumətinin orta məktəblərdə hicab və islami örtüyü qadağan etməsinin xalqın etirazına səbəb olması ilə nəticələnməsi ilə əlaqədar azəri tələbələr bu mərcə təqlidinə müraciət ediblər: Bu ölkənin müsəlman xalqına kömək etməyiniz xahiş olunur.

Bu məsələni cavablandıran Ayətullah Nuri Həmədani fitva verib: Qeyd etdiyiniz məsələ islam dini ilə düşmənçilik əlaqəsi olan qərb ölkələrinin proqramlarından biridir. Belə ki, onlar islamın şüarı olan xanımların hicabından qorxurlar. Müsəlman ölkəsi olan Azərbaycan Respublikasının hökumətinin müsəlmanların istəyini yerinə yetirməsi gözlənilir. Eyni zamanda müsəlmanlara da vacibdir ki, hicabın qorunması yolunda çalışsınlar və müqavimətli olsunlar.

  • Yazılıb
  • da (də) 2010 Dec 28