Fələstin Muxtariyyətinin lideri Mahmud Abbas gələn il Azərbaycana səfər edəcək
Azərbaycan servisi/Aran agentliyi
“Aran” İnformasiya Agentliyinin verdiyi məlumata görə, Fələstin Muxtariyyətinin lideri Mahmud Abbas gələn il Azərbaycana səfər edəcək. Bu haqda APA məlumat yayıb. Məlumata görə, Abbasın Bakıya gələcəyi xəbərinijurnalistlərə açıqlamasında Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdülkərim Əbdürrəhman bildirib: “Mahmud Abbas Azərbaycana gəlməyi çox istəyir, bu səfəri gözləyir ”.
Səfirin sözlərinə görə, səfərin dəqiq vaxtı hələ ki, müəyyənləşməyib. Hazırda diplomatik kanallarla səfərin vaxtı ilə bağlı iş aparılır.
“Aran” İA