Azərbaycan Respublikasında Ümid və Azərbaycan Demokrat partiyalarının təsisçiliyi ilə yeni “Qarabağ” siyasi blokunun yaradılması ilə bağlı razılıq əldə edilib
Azərbaycan servisi/Aran agentliyi
“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata görə, Azərbaycan Respublikasında Ümid və Azərbaycan Demokrat partiyalarının təsisçiliyi ilə yeni “Qarabağ” siyasi blokunun yaradılması ilə bağlı razılıq əldə edilib. Bu haqda jurnalistlərə ADP-dən bildiriblər.
ADP-nin mərkəzi qərargahında Ümid Partiyasının sədri İqbal Ağazadə və ADP sədri Sərdar Cəlaloğlu arasında keçirilən görüşdə blokun təsis edilməsi prosesinin 2011-ci il yanvarın birinci ongünlüyündə başlanması qərara alınıb. Bildirilir ki, blokun yaradılmasında 2010-cu il parlament seçkiləri ərəfəsində yaradılmış “Qarabağ” seçki blokunun fəaliyyəti də nəzərə alınacaq.
Qeyd edək ki, ADP, Ümid Partiyası və Aydınlar Partiyasının parlament seçkiləri ilə bağlı yaratdığı “Qarabağ” seçki bloku ötən həftə buraxılmışdır.
“Aran” İA