Azərbaycan servisi/Aran agentliyi
“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata görə, Azərbaycan Respublikasında ilk dəfə məhkumlara məzuniyyət veriləcək. Bu məlumatı ədliyyə nazirliyinin penitensiar xidmətinin rəisi Nazim Ələkbərov “Zaman ömürdən keçər” seçilmiş şeirlər kitabının təqdimat mərasimində bildirib.
Bakıdan verilən məlumatda bildirilir ki, məzuniyyətə gedəcək 4 məhkumun şeirləri “Zaman ömürdən keçər” adlı kitaba salınıb. Aralarında bir qadının da olduğu məhkumlara məzuniyyət kağızları təqdim edilib.
Bundan başqa, təqdimat mərasimində məhkumların əl işləri də nümayiş etdirilib.
“Aran” İA