2 həftə davam edən sorğuda 968 nəfər iştirak edib. İştirakçıların əksəriyyəti hicabın vacibliyini qeyd ediblər
Azərbaycan servisi/Aran agentliyi
“Qafqazinfo”nun keçirdiyi “Azərbaycana hicab lazımdırmı?” sorğusu başa çatıb.
2 həftə davam edən sorğuda 968 nəfər iştirak edib. İştirakçıların əksəriyyəti hicabın vacibliyini qeyd ediblər. Onların 316-sı “lazımdır”, 156-sı “lazım deyil”, 9-u “hökumət bilən məsləhətdir”, 34-ü “hicab cəhalətin göstəricisidir”, 218-i “bu məsələdə sərbəstlik olmalıdır”, 169-u “hicabın qadağan olunması insan haqlarına ziddir”, 11-i “mənim üçün fərqi yoxdur”, 55-i “hicab böyük təhlükədir” cavabı verib.
Qeyd edək ki, sorğuda hər İP-dən gündə bir dəfə səs vermək mümkündür.