Müsavat partiyasının başqanı İsa Qəmbər tutduğu vəzifədən getmək qərarına gəlib
Azərbaycan servisi/Aran agentliyi
“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata görə, Müsavat partiyasının başqanı İsa Qəmbər tutduğu vəzifədən getmək qərarına gəlib. “Müsavat Partiyasının 8-ci qurultayında hətta Nizamnaməyə dəyişiklik edilsə belə, partiya başqanlığına namizədliyimi irəli sürməyəcəyəm”. Bunu Müsavat Partiyasının başqanı bu gün keçirdiyi mətbuat konfransında deyib.
İsa Qəmbər bildirib ki, partiyanın 2011-ci ildə keçiriləcək 8-ci qurultayında yeni başqan seçiləcək. Mətbuat konfransında jurnalistlərin “Sizin təklif etdiyiniz namizəd varmı” sualını isə İsa Qəmbər cavablandırmayıb.
“Aran” İA