Azərbaycan servisi/Aran agentliyi
“Aran” İnformasiya Agentliyinin verdiyi məlumata görə, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində mina partlayıb. Hadisə 28 dekabr tarixində cəbhənin Tərtər istiqamətində qeydə alınıb.
Məlumatda bildirilir ki, minanın partlaması nəticəsində Azərbaycan Ordusunun əsgəri, Lerik rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış, əsgər Amid Seyfullayev həlak olub.
Qusar rayonundan hərbi xidmətə çağırılmış Sahil Yunusov isə ağır yaralanıb.
Yaralı əsgər hospitala yerləşdirilib.
“Aran” İA